"Anam evlilik verilişinə ərə getmək üçün yox, reytinqə görə..." - xalq artistinin qızı
Müğənni Səidə Dadaşova bir müddət öncə Türkiyədə evlilik verilişinə çıxan anası Sədaqət Dadaşovadan danışıb.
Axşam.az-ın məlumatına görə, "Show time" verilişinə qonaq olan ifaçı bildirib ki, anasının evlilik verilişinə qatılmaqda məqsədi yenidən ailə qurmaq olmayıb:
"Anam evlilik verilişinə çıxanda mənə nə tənqidlər yaza bilərdilər ki? Mən Sədaqət Dadaşova deyiləm. O mənim anamdır. Onun öz işidir, özü bilər. Mən sadəcə özümə cavabdehəm. Sabah heç öz oğluma da cavabdeh ola bilməyəcəm. Çünki böyüyəcək, deyəcək ki, elə yox, belə istəyirəm. Mən də sadəcə onu yönləndirə biləcəm.
Anam ora başqa bir məqsədlə getmişdi. Çünki o aktrisadır. Sadəcə veriliş üçün bir ssenari yazılmışdı, reytinq xatirinə... Əslində o Zuhal Topalın özü həyasızın biridir. Anamın məqsədi verilişə ərə getmək üçün çıxmaq deyildi. Ssenariyə uyğun belə də olmalı idi. Burada başqa söhbət ola bilməz".
Qeyd edək ki, xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Fox TV-də yayımlanan "Zuhal Topalla" evlilik proqramına qatılmışdı.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz