Arterial təzyiqin ölçülmə QAYDASI

Arterial təzyiqin ölçülmə QAYDASIElə adi proseslər var ki, həkim və ya tibb işçisi olmayanlar da onu yerinə yetirməli olur.
Məsələn, təzyiqin və ya qanda şəkərin ölçülməsi. İlk baxışda kiməsə çox adi və sadə görünən həmin prosedur zamanı bir sıra qaydalar var ki, əslində onlara əməl etmək lazımdır. Ona görə daha tez-tez üzləşilən təzyiqin ölçülmə qaydası haqqında məlumat verməyi Neyrocərrahiyyə xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədovadan xahiş etdik.
O, bu barədə Azertag.az-ın müxbirinə deyib: "Arterial təzyiqin ölçülməsi xüsusi cihaz - sfiqmomanometr və ya tonometrlə aparılır. Təzyiqi ölçməzdən 1 saat qabaq kofe və tünd çay qəbul etmək, siqaret çəkmək olmaz, yeməkdən yarım saat keçməlidir. Təzyiqi ölçməzdən 1 saat əvvəl burun və göz damcısını çıxmaq şərtilə digər dərmanların qəbulu dayandırılmalıdır.
Əsəbi halda təzyiqi ölçmək düzgün deyil, onu yalnız sakitləşəndən 5 dəqiqə sonra etmək lazımdır. Ölçülməzdən əvvəl rahat oturaq vəziyyət seçilir, vacib olduqda uzanıqlı və ayaqüstü vəziyyətdə də proseduru aparmaq olar.
Tonometrin manjet hissəsi dirsəkdən 2 santimetr yuxarı olmaqla bazu nahiyəsinə ürək səviyyəsində bağlanılır. Manjeti çox sıx bağlamaq lazım deyil. Daha sonra fonendoskopun başcığı dirsək çuxuruna yerləşdirilir. Nəbz itənə qədər balonla manjetə hava doldurularaq bazu arteriyası sıxılır. Bundan sonra ventil açılaraq yavaş-yavaş manjetin içərisindəki hava ilk nəbz vurğusunu eşidənə qədər buraxılır. Həmin andakı şkaladakı göstərici sistolik təzyiqin, nəbzin itdiyi an isə diastolik təzyiqin göstəricisi olacaq".
Həkim-kardioloq daha sonra söyləyib: "Təkrar təzyiqölçmə proseduru 3-5 dəqiqədən sonra aparılır. Həmin proses zamanı kəskin hərəkət etmək və danışmaq olmaz. Arterial təzyiqi sağ qolda (solaxaylarda sol qolda) ölçmək düzgündür.Əgər şübhə yaranarsa, təzyiq hər iki qolda ölçülə bilər. Sağ və sol qollar arasındakı təzyiq fərqi 5-10 mm civə sütunu ola bilər.
Bəzən olur ki, evdə ölçülən təzyiqlə həkimin ölçdüyü təzyiq arasında 10-20 mm civə sütunu fərq yaranır. Həkim qəbulunda həmin göstərici daha yüksək olur. Bunu "ağ xalat sindromu" adlandırırlar və o, əsasən stress fonunda meydana çıxır. Xüsusilə 30 yaşına qədər qadın və qeyri stabil sinir sistemi olanlar arasında həmin hala təsadüf edilir. Arterial təzyiqi, onun yüksəlməsinə hər şübhə olduqda nəzarət üçün gündə iki dəfə-səhər və axşam ölçmək məsləhətdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1463   Tarix: 06 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Psixoloqlar: Təkrarlanan yuxular insanın şüuraltı vəziyyəti ilə bağlı ola bilər

Son dövrlərdə psixologiya sahəsində aparılan müşahidələr göstərir ki, bir çox insan eyni və ya oxşar yuxuları təkrar görür. Mütəxəssislərin fikrincə, bu hal təsadüfi deyil və insanın psixoloji vəziyyəti ilə birbaşa əlaqəl

.

1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir

Yer kürəsində təxminən 1.2 milyard insan ruhi xəstəliklərdən əziyyət çəkir. xəbər verir ki, bu barədə "Lancet" nəşri məlumat yayıb. "Son 33 ildə bu rəqəm ikiqat artıb. Narahatlıq pozğunluqları, klinik depressiya

.

Omeqa-3 həqiqətən faydalıdır?

Çinli alimlər omeqa-3 əlavələrinin beyin üçün faydası ilə bağlı şübhələr yaradan araşdırma aparıblar. xəbər verir ki, tədqiqata görə, omeqa-3 qəbul edən yaşlı insanlarda yaddaş, diqqət və digər idrak funksiyalarının dah

.

Kilosu 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO

Dağlıq ərazilərin sakinləri yüksək qida dəyərinə malik olan işqın (uşqun) bitkisini toplmaq üçün dağların yolunu tutmağa başlayıblar. Sərt keçən qış fəslindən sonra qarların əriməsi ilə yüksək hündürlüklü yaylalarda canlanm

.

Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?

Ürək sağlamlığı üçün vacib olan məşq müddəti müəyyən edilib. Alimlər ürək tutması və ürək xəstəlikləri riskini azaltmaq üçün həftədə nə qədər idman etməyin vacib olduğunu araşdırıb və diqqətəlayiq nəticələrini ictimaiyyətl

.

Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı

İstanbul Universiteti İstanbul Tibb Fakültəsi və Muş Dövlət Xəstəxanası tibb dünyasında inqilabi bir uğura imza atıb. Türkiyənin yerli imkanları ilə hazırlanan "Avicenna Roboflex" (İbn-i Sina) robotu və "Turkcell"

.

Yazda necə qidalanmaq lazımdır?

Qış aylarından sonra orqanizm yaz mövsümünə uyğunlaşmağa başlayır. Havanın isinməsi, gün işığının artması və fiziki aktivliyin çoxalması qidalanma rejimində də dəyişiklik etməyi tələb edir. Yaz aylarında düzgün qidalanm

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Orqanizm üçün ən faydalı içki hansıdır?

Orqanizmin sağlam fəaliyyəti üçün su ən vacib maye hesab olunur. Su həm həzmi yaxşılaşdırır, həm də mədənin normal işləməsinə kömək edir. xəbər verir ki, bəzi süd məhsulları və ayran da mədə üçün faydalı ola bilər. Xüsusil

turlar.az

geyim şəkilləri sade makiyaj sekilleri hamiləlik buga burcu qış xəstəlikləri nergiz pasayeva plovlar kosmetika faydalı bilgilər vətənə aid bayatılar kley lekesi bayatilar muellim seiri