Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş - açıqlama

Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş - açıqlamaSon dövrlərdə tibb dünyasında Aralıq dənizi (Akdeniz) tərzində qidalanmanın həm kişilərdə, həm də qadınlarda cinsi funksiyanı yaxşılaşdırdığı barədə müzakirələr artıb. Çinli alimlər tərəfindən aparılan yeni bir araşdırma göstərib ki, bu qidalanma tərzini seçən insanlar daha güclü çanaq (pelvik) əzələlərinə malik olur və nəticədə cinsi sağlamlıqları daha yaxşı səviyyədə olur. 
Milli.Az xəbər verir ki, sağlam qidalanmanın bir çox xroniki xəstəliklərin qarşısını almaqda mühüm rol oynadığı artıq məlumdur. Lakin bu dəfə alimlər pelvik disfunksiya adlanan, yəni cinsi fəaliyyət pozğunluğu və sidik qaçırma kimi problemlərlə əlaqədar qidalanmanın təsirinə diqqət yönəldiblər.
Tədqiqatçılar 31 elmi araşdırmadan əldə edilən məlumatları təhlil ediblər.
Nəticədə məlum olub ki, zeytun yağı, qoz-fındıq, az yağlı zülallar, meyvə və tərəvəz kimi antiiltihabi (anti-enflamatuar) qidalarla zəngin pəhriz qəbul edən şəxslərdə:
Cinsi funksiyalar yaxşılaşıb,
Sidik qaçırma simptomları azalıb.
Əksinə, ağ çörək, şəkər, doymuş yağlar və çox emal olunmuş (fast food tipli) məhsullardan ibarət pəhriz bu problemlərin riskini artırıb.
Aralıq dənizi pəhrizinin müsbət təsiri təkcə antiiltihabi xüsusiyyətləri ilə məhdudlaşmır.
Alimlərin sözlərinə görə, zeytun yağı və polifenollarla zəngin tərkib, ereksiya üçün vacib olan nitrik oksidin istehsalını artırır. Bu isə qan dövranını və damar sağlamlığını yaxşılaşdıraraq həm kişilərdə, həm də qadınlarda cinsi funksiyanı gücləndirir.
Tədqiqatda o da vurğulanıb ki, sağlam qidalanma ilə bədən çəkisinin azalması arasında güclü əlaqə var. Artıq çəki pelvik əzələlər və sidik kisəsi üzərində təzyiq yaradır, bu da qarın daxili təzyiqin artmasına və sidik qaçırma simptomlarının pisləşməsinə səbəb olur.
Beləliklə, çəki itirilməsini təşviq edən hər hansı pəhriz, bu simptomların azalmasına kömək edə bilər.
Pelvik əzələləri gücləndirmək üçün Kegel məşqləri hələ də ən təsirli üsullardan biri hesab olunur.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1164   Tarix: 22 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

turlar.az

sade makiyaj sekilleri gelinlikler qadin dunyasi infarkt elametleri paxla cigirtmasi xəmir xörəkləri cantalar 2026 kosmetika webnem tovuzlu xanim.az aslan qogal masqalar