Qışda uşaqları xəstə edən soyuq deyilmiş

Qışda uşaqları xəstə edən soyuq deyilmiş"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova açıqlayıb.
Onun sözlərinə görə, bəzən valideynlər düşünürlər ki, uşaq soyuq havaya çıxsa, mütləq soyuqlayacaq:
"Amma burada əsas məsələ temperaturdan çox viruslarla təmasdır. Uşaqlarda soyuqdəymə, qrip və digər tənəffüs yolu infeksiyalarının əsas səbəbi viruslardır. Xüsusilə payız-qış aylarında uşaqlar daha çox qapalı, havasız və insanların sıx olduğu məkanlarda olduqları üçün virusların yayılması artır. Buna görə də hava imkan verirsə, uşağın hər gün açıq havada gəzməsi yaxşı vərdişdir. Ən düzgün yanaşma uşağı həddindən artıq qalın geyindirməməkdir. Uşaq qaçır, oynayır və hərəkət edirsə, çox qalın geyim onun tərləməsinə səbəb ola bilər. Tərlədikdən sonra üşüməsi isə narahatlığa səbəb ola bilər. Qeyd edim ki, ayaqlar, əllər və baş xüsusilə soyuq havada qorunmalıdır".
G. Salehova bildirib ki, uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, onun çölə çıxıb-çıxmaması barədə qərar vermək olar:
"Yüngül burun axması və ümumi vəziyyəti yaxşı olan uşaq qısa müddət açıq havada gəzə bilər. Amma yüksək hərarət, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək və ya ümumi vəziyyətin ağır olması zamanı uşağı gəzdirməkdənsə, istirahət və həkim qiymətləndirməsi daha vacibdir. İmmunitetin sağlam olması üçün əsas olan balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik, peyvəndlərin vaxtında aparılması və düzgün gigiyenadır. Ona görə valideynlərə tövsiyəm budur: hava soyuqdur deyə uşağı bütün gün evdə saxlamaq lazım deyil. Hava şəraitinə uyğun geyindirin, mümkün qədər açıq havada hərəkət etməsinə imkan verin və xüsusilə qapalı, havasız məkanlarda uzun müddət saxlamaqdan çəkinin. Əsas prinsip soyuq havadan qorxmayaq, uşağı hava şəraitinə uyğun geyindirək və onun ümumi vəziyyətini nəzərə alaq".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 827   Tarix: 24 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

makiyaj instagram hamilelikde qidalanma geyim şəkilləri vətənə aid atalar sözü balın faydaları zeytun yağının faydaları mədə xorası kosmetika veten haqqinda atalar sozu yemekler olumu intim munasibetler atalar sozleri