Avtobusda zorlanan iki uşaqlı azərbaycanlı qadın: - "Kaş ki ölərdim..."

Avtobusda zorlanan iki uşaqlı azərbaycanlı qadın: - "Kaş ki ölərdim..."Ankarada evə getmək üçün mindiyi avtobusda təcazüzə uğrayan iki uşaq anasının vəziyyəti pisləşib

"Kaş ki, ölərdim. O qədər acı çəkirəmki..." İstiPress-in məlumatına görə, bu sözləri bir neçə gün öncə Türkiyənin paytaxtı Ankarada evinə getmək üçün mindiyi avtobusda sürücünün təzəvüzünə məruz qalmış 37 yaşlı, iki uşaq anası olan Azərbaycan vətəndaşı qadın deyib. Ötən gün qadın başına gələn fəlakətdən sonra vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. "Hürriyət"in yazarı Ayşe Armanla görüşən qadın başına gələnlərdən özünü günahkar bildiyini də deyir.

Azərbaycan vətəndaşı Türkiyədə zorlandı
"Kaş ki təcavüzə uğrayan yerdə ölmüş olardım. Dayanmadan ağlayıram. Öz günahım varmış kimi utanıram. Çox adam mənim yanımda olduğumu deyir, yanlız qoymurlar. Məncə özümə nə isə edə biləcəyimdən qorxurlar. Amma özümü yanlız hiss edirəm. Sanki həyatım bitib. Çox pisəm".

İngilis dili müəllimi olan qadının sözlərinə görə, həmin gün havanın temperaturu -11 dərəcə olub. İşləri də gec bitib. "Saat 22.30-da evə dönməli idim. Hər zaman o dayanacağa qədər gəlir, sonra evə piyada gəlirəm. Amma o gün çox soyuq idi. Kaş ki avtobusa minməzdim, taksi ilə gedərdim. İctimai nəqliyyatın təhlükəsiz olduğunu düşündüm.

İnsanlar mənə gözəl deyirlər. Gözəl omaq istəmirəm. Mümkün qədər çirkin olmaq istəyirəm.

O, şəxsin mənim başıma gətirdiklərinin nə qədər qorxunc olmasını hiss etməsini istəyirəm. Bir insan insana bunu etməz, cəzasını çəkməsini istəyirəm. Mənim haqqımda söylədiyi yalanlar var, onlar da məni dəli edir. Sən bir insana edə biləcəyin ən böyük pisliyi et, bu da yetməzmiş kimi iyrənc, çirkin yalanlar danış. Mənim vəziyyətimi görənin ürəyi ağrıyır. Ağzım, üzüm tanınmaz haldadır. O adamla öz istəyimlə necə birlikdə ola bilərəm?".

Qadın yaşadıqlarının və başına gələ biləcəklərin qorxusu altında olduğunu da etiraf edib. "Birdən cəza almasa, sərbəst buraxılsa... Gəlib məni tapıb öldürər. Yarım qoyduğu işi bitirər. Mən bu qorxu ilə yaşayacağam?..."

Zorlama hadisəsi yanvarın 6-da baş verib. Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkiyə vətəndaşı olan bir qadın mindiyi ictimai nəqliyyat avtobusunun sürücüsü tərəfindən cinsi təcavüzə məruz qalıb. Təcavüzkar 37 yaşlı iki uşaq anasını elə avtobusun içərisində zorlayıb. Məktəbdə ingilis dili müəllimi işləyən qadın avtobus sürücüsü İbrahim Tuncaydan "mən 200 metr irəlidə düşəcəm, minə bilərəmmi", - deyə soruşub. Sürücü isə razılıq bildirib. Ancaq sürücü çatdığı dayanacaqda düşmək istəyən qadını buraxmayıb. Qapını açmayan İbrahim Tuncay "səni qayıdanda düşürəcəm" deyərək, iki əliylə qadının boğazından yapışıb və onu avtobusun oturacaqlarından birinə sürüyüb.

Həmin gecə başına gələnlər barədə 37 yaşlı qadın sonradan polisə məlumat verib. "Avtobusdan düşərkənsə "polisə və ya birinə söyləsən səni taparam, təcavüz edirəm, boğazını kəsərəm" deyib hədələdi".

Bundan sonra sürücü İbrahim Tuncay saxlanılaraq ifadəsi alınıb. Məlum olub ki, o, zorladığı qadının üzüyünü də əlindən alıb. Buna görə də ona qarşı "zorlama və oğurluq" iddiası ilə cinayət işi başlanılıb. Öz ifadəsində isə saxlanılan şəxs qadının könüllü olaraq ona "təslim" olduğunu iddia edib. Sürücünün iddiasına görə, iki uşaq anası olan qadın ona "ara küçələrə gir, qaranlıq bir yer tap, avtobusu dayandır və sonra yanıma gəl" deyib.

Xəbərlər     Baxılıb: 3135   Tarix: 11 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

aksessuarlar adlarin menasi reseptler ureyin isemik xestelikleri hamilə qala bilmək əlibala hacızadə hamilə qadın kosmetika qurd xəstəliklərinə qarşı mualicə uşaq şeirləri cinsi əlaqə sevda qiz evi ucun