Ayaq burxulanda nə etmək lazımdır?

Ayaq burxulanda nə etmək lazımdır?Ayaq burxulması ən çox rast gəldiyimiz travmalardan birdir. Bu travma ilə istənilən an hər kəs qarşılaşa bilər. Belə hallarda həkimə qədər göstərilən ilkin yardımlar çox əhəmiyyətli olur.
Milli.Az e-tibb.az-a istinadən travmatoloq-ortoped, Mərkəzi Gömrük Hospitalının həkimi Müseyib Əhmədovun  ayaq burxulan zaman görülməli olan tədbirlər barədə fikirlərini təqdim edir:
Gündəlik həyatımızda aşıq-daban oynağı bağlarının gərilməsinə, adətən el arasında deyildiyi kimi, ayaq oynaqlarında baş verən burxulmalara tez-tez rast gəlirik. Oynaq bağları və vətərlərinə çox güclü dartılma tipli qüvvə təsir etdikdə, onlar gərilir. Belə bir halda daha ağır zədələnmə, yəni vətərlər, oynaq bağlarının cırılması baş verə bilər.
Ehtiyatsız hərəkət edəndə, hamar olmayan səth üzərində gəzdikdə, zərbə dəydikdə, yıxıldıqda baş verən bu hallar özünü ağrı, şişkinlik, qansızma, çətinliklə yerimə və oynaq hərəkətliliyinin azalması kimi əlamətlərlə göstərir. Əgər burxulma şiddətli ağrılar vermirsə, bunu evdə müxtəlif müalicə üsulları ilə ən uzağı 2-3 həftəyə sağaltmaq mümkündür.
Amma bağlarda qismən yırtılma olarsa, bu vəziyyətdə xüsusi ayaq sarğıları olan bandajlardan istifadə etmək lazımdır. Burxulma zamanı ağır fəsadlar olmasın deyə, dərhal həkim çağırmaq lazımdır. Həkim gələnə qədər ilk yardım kimi xəstənin ayağını soyuq su ilə yumaq və ya buz qoymaq, sonra ağrı və şişkinliyi azaltmaq məqsədilə oynaq nahiyəsini elastik bintlə sarımaq olar.
Lakin bandajı çılpaq ayağa deyil, yumşaq bir corab geyinərək onun üzərinə sarımaq lazımdır. Əks təqdirdə zədələnmiş nahiyə daha çox ağrıya bilər və sağalma müddəti uzanar.İlk yardım üçün xəstənin ayağına rahatlıq vermək lazımdır, piyada gəzmək olmaz. Zədələnmiş nahiyəyə dəsmala bükülmüş buz qoymaq da yaxşı nəticə verir. 1 saat fasilədən sonra yenə 15 dəqiqə buz qoymaq məsləhətdir.
Zədələnmiş ayağa bədən səviyyəsindən hündür vəziyyət vermək lazımdır. Bunun üçün ayağı qaldırıb hündür yerə, məsələn, yastığın və s. üzərinə qoymaq olar. Ayaq burxulması vəziyyətində qanı durulducu dərmanlardan və spirtdən istifadə etmək olmaz. Belə hallarda mütləq travmatoloqa müraciət etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2107   Tarix: 24 oktyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

turlar.az

toy makiyaji sekilleri geyim və ayaqqabılar hamilelikde qidalanma kosmetoloqiya mahuddan tikilen kishi ust geyimi kişi xəyanət edərsə goz altı qırışlar kosmetika birlik haqqinda kökəlmək üçün dolça sanama hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz