Aygün Kazımovanın yeni layihəsindəki ilk ad açıqlandı

Aygün Kazımovanın yeni layihəsindəki ilk ad açıqlandıXalq artisti Aygün Kazımova estrada aləmində daha bir yeniliyə imza atıb.
azxeber.com xəbər verir ki, Pop kraliça yeni albom hazırlayır. Fərqlilik isə ondan ibarətdir ki, albomda Kazımova yox, şou-biznesin məşhur simaları yer alacaqlar.
Onlar müğənninin mahnılarını səsləndirəcəklər.
Bununla bağlıdanışan müğənni İradə İbrahimova layihədə yer almasından danışsa da, mahnının adını sirr saxlayıb:
"Daha əvvəl də Aygün Kazımovanın repertuarından mahnı oxumuşam. Elə indiki ifam da həmin mahnıdan yola çıxıldı. Əslində mən başqa mahnı oxumaq istədim, həmin ifanın yenidən olmasını istəmədim və onlar da razılaşdılar. Mənə siyahı atıldı və ən çox bəyəndiyimi seçdim. Xoşbəxtəm ki, bu layihənin içərisində yer aldım. Amma etiraf edim ki, Aygün Kazımovanın mahnısını oxumaq asan deyil. Ümid edirəm ki, Aygün xanım qədər olmasa da, mahnını sevdirə biləcəyəm. Mahnıya Aygün şirinliyi vermək çətindir. Onun özünəməxsus səs tonu, oxuma tərzi var. Bunu isə etmək olmur. Kənardan asan görünə bilər, amma çox çətindir".
"Aygün Kazımovanın çox çətin dəsti xətti var. Onun mahnıda qəribə jestləri, manevrləri olur. Onları necə yaratmaq və nə ilə əvəz etmək düşündürücüdür. Mən də çalışdım o topa girməyim, İradə kimi oxudum. Mən Vaqif Gərayzadənin "Rəhm eylə" mahnısını da oxumaq istədim. Amma gördüm ki, çox çətindir. Bu daşın altına girmək istəmədim və kənara çəkildim. Albomda çox sayda həmkarım yer alacaq. Hələ heç birinin ifasını eşitməmişəm".

Şou Biznes     Baxılıb: 1465   Tarix: 22 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

.

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

turlar.az

kosmetoloq həkim məsləhəti hamiləlik bəxtiyar vahabzadə ana şeiri sobada kotlet klyos donlar 2026 atalar sözləri veten haqqinda kosmetika banan sekis mekteb haxisdalar azerbaycanli is adami amerikada gullelendi