Azərbaycana kəskin soyuqlar gəlir -Fevralın ikinci ongünlüyü...Umayra Tağıyevadan XƏBƏRDARLIQ

Azərbaycana kəskin soyuqlar gəlir -Fevralın ikinci ongünlüyü...Umayra Tağıyevadan XƏBƏRDARLIQ"Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək".

Xanim.az bildirir ki, bu sözləri publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, son onillikdə (2009-2018–ci illərdə) yalnız 4 il havanın orta aylıq temperaturu iqlim normasından aşağı olub: "6 il isə 1,4-2,6 dərəcə yüksək olub. Ən isti fevral ayı isə 2002-ci ildə qeydə alınıb (orta aylıq temperatur iqlim normasından 3,3° yüksək), havanın maksimal temperaturu fevralın 26-da müsbət 23,5°-dək yüksəlib. Müqayisə üçün demək olar ki, bu il fevralın ilk ongünlüyündə maksimal temperatur Bakıda 10-13 dərəcədən yüksək olmayıb. Qışda Abşeronun temperatur rejiminə Xəzərin yumşaldıcı effekti nəticəsində müsbət minimal temperaturlar üstünlük təşkil edir. Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında qış fəsli üçün orta minimal temperatur müsbət 3.2 0С təşkil edir.

Unikal səth örtüyü və coğrafi mövqeyi olan Abşeronda mənfi minimal temperaturlar və qarlı hava şəraiti o qədər də səciyyəvi deyil və əsasən Skandinaviya, Kars və Kontinental antisiklonların müdaxiləsi, bəzi hallarda Aralıq siklonları ilə bağlı olan soyuq hava cəbhələrinin keçməsi nəticəsində müşahidə edilir. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, fevral ayı yanvar ayından soyuq olur".

U.Tağıyevə payızda bu qışın sərt keçəcəyi ilə bağlı verilən proqnozlardan da danışıb:

"Noyabr ayında internet məkanında, həmişə olduğu kimi, "qış çox sərt keçəcək" proqnozlarına bizim şərhimiz fərqli oldu. Fevral ayına olan proqnozda isə "havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı" göstərilib. Müxtəlif mənbələrdən alınan, internet saytlarında və ya mobil telefonlarda olan hava proqnozları, bizim təşkilatın proqnozu, məhsulu deyil. Buna görə də, informasiya mənbəyi məlum olmayanda, dəqiq göstərilməyəndə, hörmətli oxucularımız bütün iradları bizə ünvanlayırlar. Rəsmi məlumatlarımız, o cümlədən aylıq proqnozlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilir. Birinci ongünlükdən fərqli olaraq, artıq ayın ikinci yarısında ayrı-ayrı günlərdə havanın nisbətən soyuq keçəcəyi, arabir güclənən şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı günlərin sayının artacağı gözlənilir".

Şöbə müdiri onu da vurğulayıb ki, 1954-cü ildə Bakı şəhərində ən soyuq fevral ayı qeydə alınıb:

"Havanın orta aylıq temperaturu 0.7° şaxta olub ki, bu da iqlim normasından 5.6° azdır. Uzun müddət soyuq arktik hava kütlələrinin daxil olması nəticəsində havanın minimal temperaturu isə mənfi 8°-dək enib. Cox illik meteoroloji müşahidələrə görə ən aşağı temperatur Bakıda 1969-cu il fevralın 9-10-da qeydə alınıb. Həmin vaxt temperatur 9.6° şaxta olub. 1969-cu ildə fevralın 8-dən 26-dək respublikanın bütün ərazisində qar yağıb. Hündürlüyü 12 sm-dən 60-sm-dək olan sabit qar örtüyü müşahidə edilib. Son 40 il ərzində isə 2012-ci il fevralın 8-də Bakıda rekord şaxta qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11° şaxta təşkil edib. Bu proses zamanı Xəzər dənizi akvatoriyasının Azərbaycan sahillərində Nabrandan Sumqayıta qədər suyun donması qeydə alınmış, buz qatının qalınlığı sahil zonada 3-5 sm təşkil etmişdi.

Xəbərlər     Baxılıb: 2002   Tarix: 12 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

gozel gorunmek maskalar aksessuarlar kicik biznes qurmagin yollari masaj edirem ideal toy ayaq sismesi kosmetika kondom vətən haqqında atalar sözləri aslan novruz haqistalari xərçəng bürcü