Azərbaycanda SƏRT KARANTİN olacaq - VACİB AÇIQLAMA

Azərbaycanda SƏRT KARANTİN olacaq - VACİB AÇIQLAMA"Epidemioloji vəziyyət pisləşdikcə, yoluxma sürəti artdıqca və stasionarda yer olmadıqca, karantin qaydaları sərtləşə bilər. Çünki epidemioloji vəziyyət nə qədər pis olsa, karantin qaydaları o qədər sərt olacaq. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələbidir".
Milli.Az redaktor.az-a istinadın xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O əlavə edib ki, ölkədə koronavirusa yoluxmuş aktiv xəsətlərin sayı göstəriləndən çoxdur:
"Müəyyən məlumatalara görə, bizim respublikada koronavirus xəstələri üçün 40 min çarpayı yerimiz var. Bəzi xəstəxanalar bir müddət bu statusdan ayrıldı. Çünki onların da öz problemləri var. Misal üçün bəzi klinikalarda tədris gedir.
Aktiv xəstələrin sayının 31 mindən çox olmasını nəzərə alsaq, bu, artıq dirənmiş rəqəmdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, xəstəxanalara çox ağır xəstələr müraciət edir. Bunların əksəriyyəti reanimasion qulluq və intensiv terapiya tələb edir. Çətinlik bundan ibarətdir. Məsələ təkcə xəstə ilə yekunlaşmır. Biz koronavirus müddətində xeyli həkimlərimizi də itirmişik.
Buna görə, vəziyyət pisləşərsə, karantinin sərtləşdirilməsi, müvafiq lokdaunlar qəbul edilə bilər. Bunu da qeyd etmək lazımdır ki, hazırda 31 min say xəstəxanaya rəsmi müracət edənlərdir. Bu rəqəmdən 5 dəfə çox insan da heç yerə müraciət etmədən evdə müalicə alırlar. Amblator müalicə alanların sayı stasionarda yatanlardan çoxdur. Ham bilir ki, xəstəxanaya düşmək çətindir və məcbur şəkildə evdə müalicə alırlar.
Aktiv xəstə sayı çoxdur. Bu gün koronaviruslu xəstələr küçədə gəzirlər. Küçədə gəzən 10 nəfəri yoxlasaq ikisində virus çıxacaq.
İstənilən halda vəziyyəti tənzimləməyə çalışmaq lazımdır: Ölkəmizdə hazırda vaksinasiya prosesi gedir və bütün bunlar kollektiv immunitetə gedən yolu xeyli qısaldır. Vaksinasiya prosesi intensiv və fəal şəkildə aparılsa, ciddi sərtləşdirmələr və lokdaunlara ehtiyac qalmayacaq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2327   Tarix: 13 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

hamilelikde qidalanma makiyaj etmek qaydalari yay kolleksiyasi qara qaragatin faydalari maraqli el islerinin hazirlanmasi boğaz ağrısı əllərin tərləməsi kosmetika hakışta bayati rus dili novruz bayramina aid hakistalar vətənə aid bayatı