Baş həkim xəstəxanada bir gecədə iki nəfərin ölməsinin səbəbini açıqladı
Həkimlərin hər iki xəstə üçün zəruri olan bütün tədbirləri görməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Milli.Az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun baş həkimi İman Rzayev deyib.
O bildirib ki, xəstələrdən biri ürək-ağciyər çatışmazlığından, digəri isə qanaxmadan vəfat edib:
"Hər iki xəstə Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev ürək-ağciyər çatışmazlığından əziyyət çəkirdi. Əvvəllər narkotik vasitə istifadəçisi olub. Müalicə dövründə həkim personalı əllərindən gələni ediblər. Hətta xəstə müalicə dövründə kəskin reaksiya göstərərək həkimlərin üzərinə bıçaq da çəkmişdi.
Digər xəstə Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu isə qanaxma ilə daxil olub. Əvvəl vəziyyətinə uyğun olaraq cərrahiyə, daha sonra isə reanimasiya şöbəsinə yerləşdirilib. Gecə saatlarında qəflətən xəstənin ağciyərlərində qanaxma başlayıb və boğulmadan dünyasını dəyişib. Həkimlər hər iki xəstə üçün əllərindən gələni etsə də onların həyatını xilas etmək mümkün olmayıb".
Milli.Az /news.milli.az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin