"Bir kişi arvad adı, fotosu ilə "Facebook"a girirsə, ondan nə kişi olacaq?" — Siyavuş Novruzov

"Bir kişi arvad adı, fotosu ilə "Facebook"a girirsə, ondan nə kişi olacaq?" — Siyavuş NovruzovBunu "Ölkə.Az"-a açıqlamasında Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov sosial şəbəkələrlə bağlı təklifinə qarşı çıxan şəxslərə cavab verərkən deyib.

S.Novruzov artıq həmin şəxslərin kimliyinin hər kəsə məlum olduğunu bildirib:

"İndi hər kəsə də bəllidir ki, bu cür işlərlə kimlər məşğul olur. Mənim təklifimə qarşı çıxan adamların özləri bu cür çirkin işlərlə məşğuldur. Ona görə də doğru yolda olan adamlar bu məsələdən qəti narahat olmasınlar. Bundan qanunun aliliyindən qorxaraq, başqa-başqa adlar altında ayrı-ayrı şəxsləri təhqir etməklə və ermənilərdən 5 manat pul alıb, Azərbaycan əleyhinə çirkin təbliğat aparan şəxslər qorxsunlar".

Komitə sədri qeyd edib ki, sosial şəbəkələrdə onun fikirlərini ayrı istiqamətlərə yozan qüvvələr Azərbaycan dövlətçiliyi əleyhinə aparan adamlardır:

"Onların mənim fikirlərimi başqa cür təqdim etməyə haqları yoxdur. Mən tam obyektiv olaraq bildirmişəm ki, sosial şəbəkələrdə Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd və erməni mənbələrinə istinad edilən olan müxtəlif məlumatlar yayırlar. Misal üçün, bu yaxınlarda "Meydan TV" Azərbaycan ordusu ilə bağlı erməni mediasında dərc olunan yalan məlumatları yenidən yaymışdı. Bəzi internet saytları və qüvvələr ermənilərə xidmət edən bu cür məlumatları Azərbaycan cəmiyyətinə sırımaq istəyirlər. Bu cür xəbərləri yazanların ermənilərdən heç bir fərqi yoxdur. Çünki bu adamlar ermənilərin Azərbaycan əleyhinə söylədiyi yalan və qondarma fikirləri cəmiyyətimizə çatdırır. Təbii ki, bütün bunlar belə davam edə bilməz. Bunun qarşısını almaq üçün mütləq internetə nəzarət mexanizmi olmalıdır. Yoxsa ki, sən qaçıb xaricə get, oradan da Azərbaycan əleyhinə yalan fikirlər yaz, heç kəs də səni məhkəməyə verə bilməsin! Həmin adamlar düşünməsin ki, onlar anonim adalarla istədiyi şəxsi təhqir edə biləcək. Bu cür hallara qarşı qanun çərçivəsində addımlar atılmalıdır. Əgər sosial şəbəkələrdə qeydiyyatdan keçən şəxslər doğrudan da qanuna zidd fikirlər söyləmirsə, heç bir cinayətə və ya qanun pozuntusuna yol vermirsə, o zaman adını, soyadını və ünvanını dəqiq yazıb göstərsin. Daha niyə anonim adlarla qanuna zidd hərəkətlərə yol verir?".

Xəbərlər     Baxılıb: 2782   Tarix: 13 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

qadın geyimi toy makiyajlari maskalar kampotlarin hazirlanmasi yoğun bağırsaq xəstəlikləri ayaq dirnaqlarina qulluq salatlar və qəlyanaltılar kosmetika namiq qaraçuxurlu novruz bayramina aid hakistalar yemekler veten seirleri zencefil