Birinci sinifə getdiyi gün vəfat etdi - 6 yaşlı Ucal və qardaşının acı taleyi - VİDEO

Birinci sinifə getdiyi gün vəfat etdi - 6 yaşlı Ucal və qardaşının acı taleyi - VİDEOSentyabrın 15-də axşam saatlarında Bakı-Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq və Ucarın Müsüslü kəndləri arasındakı hissəsində 2 azyaşlı qardaşın ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi detalları üzə çıxıb.
Xanim.az-ın lent.az-ın məlumatına görə, Bakı şəhər Qaradağ rayon sakini Elmin Hüseynovun idarə etdiyi "Toyota Previa" markalı minivan tipli avtomobilin yolun ortasındakı arakəsməyə çırpılaraq aşması nəticəsində ölən sürücünün oğlu Ucal Hüseynov elə həmin gün Sahil qəsəbəsindəki orta məktəbin birinci sinfinə gedibmiş. Günortadan sonra uşaq məktəbdən qayıdandan sonra onlar Bərdədə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxıblar.

Qeyd edək ki, Elmin Hüseynova məxsus 7 oturacaqlı avtomobildə 2 azyaşlı oğlu ilə yanaşı anası, həyat yoldaşı, bacısı, bacısının yoldaşı və onların iki övladı da olub. Onlar Bərdədə Elminin xalası oğlunun toyunda iştirak etmək üçün yola çıxıblar. Lakin Kürdəmirlə Ucarın arasında hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı beton arakəsməyə çırpılıb. Daha sonra yoldan çıxıb aşan avtomobilin qapısı açılıb və sürücünün 6 yaşlı oğlu Ucal ilə 4 yaşlı oğlu Firdovsi ağır xəsarət alaraq vəfat ediblər. Sürücünün bacısının 6 yaşlı qızı Alsu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər     Baxılıb: 3207   Tarix: 18 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim seçimi yay kolleksiyasi yaz geyimleri 2026 ayaqqabi ve cantalar hamiləlikdə axıntı azərbaycan haqda resept kosmetika vətən haqqında atalar sözləri dieta hakista bayatılar hekaye janri