"Boşanmaq kiçik ölümdür" - Mustafanın arvadı
Müğənni Mustafa Sandalın boşanmaq üzrə olduğu serb xanımı Emina ölkəsində qəzetlərdən birinə müsahibə verib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı ayrılıq qərarından sonra ilk dəfə Mustafa ilə münasibəti barədə açıqlama verib:
"On aydır birlikdə yaşamırıq. Ərimə xəyanət etməmişəm. Mustafa ilə nümunəvi cütlük idik, amma müəyyən bir yerdə aramızdakı sevgi bitdi. Boşanmaq kiçik ölüm deməkdir. Birlikdə etdiyin hər şeyin ölümü... İki il əzab çəksəm də, səsimi çıxarmadım. Elə bir vaxt çatdı ki, "Ya onunla qalıb xəstə olacağam, ya da riskə girib gedəcəyəm" dedim.
Emina uşaqlarının onda qalacağını söyləyib:
"İki oğlum var. Uşaqların yeri analarının yanıdır. Mustafa evdən gedəndə oğullarım çox pis oldu. İşləyib onlara baxmaq məcburiyyətindəyəm. Guya bu ailənin mənim üzümdən dağıldığını göstərdilər, amma səbəbkar mən olmadım. Mən müsəlman qadınam. Haqqımda yazılanların heç biri doğru deyil".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin