Bu meyvənin tumları üzdəki ləkələri aparır

Bu meyvənin tumları üzdəki ləkələri aparırÜzdə yaranan ləkələri aparmaq üçün çoxlu sayda təbii vasitələr var. Onlardan birinin də heyva tumları olduğu bildirilir. Heyva tumlarının öskürək üçün çox faydalı olduğu məlumdur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu tumlardan həmçinin üzdə olan ləkələri aparmaq üçün də istifadə oluna bilər. Ona görə də heyvanı istifadə edəndən sonra  tumlarını atmaq lazım deyil.
Heyva tumlarından hazırlanan maskalar dərini nəmləndirir, ləkələri aparır. Bu maskalar üzdə olan sızanaq ləkələri, Günəş ləkəsi, doğuşdan sonra yaranan ləkələr zamanı tətbiq olunur.
Heyva tumlarında çoxlu miqdarda minerallar və antioksidantlar toplanıb, məhz bu özəlliyi sayəsində həmin tumlar ölü dəri hüceyrələrinin yeniləyir, dərinin gözəl görünməsinə yardım edir.
Bəs həmin maskalar necə hazırlanır?
Birinci maska üçün iki yemək qaşığı heyva tumu, 1 stəkan gül suyu və 2 çay qaşığı badam yağı istifadə olunur.
Heyva tumlarını gül suyunun içinə atmaq,  1 gecə gözləmək, ertəsi gün suyu süzüb, suya badam yağı tökmək lazımdır. Qarışığı qarışdırıb dəriyə çəkəndən sonra 20 dəqiqə gözləmək tövsiyə edilir. Bu qarışığı 1 həftə saxlamaq, həftədə 2 dəfə istifadə etmək olar.
İkinci qarışım isə daha sadədir. Bir heyvanın tumlarını çıxarıb üstünə çıxana qədər su töküb, təxminən bir dəqiqə qaynadıb, 4 saat qədər gözləyəndən sonra üzdə ləkələr olan yerə çəkmək olar. Bunu üzdəki ləkə izləri gedənə kimi istifadə etmək mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2092   Tarix: 07 dekabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

turlar.az

kosmetoloq geyim dəbləri qaşların formalari gözəl qadin öpüşmək qaydası evin bəzədilməsi intim seks kosmetika sağlamlıq azerbaycan burcler haqqinda pizza qurd xəstəliklərinə qarşı mualicə