Bunu edən azərbaycanlı xanımlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏK

Bunu edən azərbaycanlı xanımlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏKAilə qurduqdan sonra uzun müddətdir Türkiyədə yaşayan bəzi azərbaycanlıları narahat edən bir məsələ var.

BiG.AZ xəbər verir ki, evlilik səbəbi ilə Türkiyə pasportu alan bu şəxslər Azərbaycan vətəndaşlığından çıxarılırmı?

Bununla baglı Azərbaycanda müvafiq qanun qəbul edilsə də, xaricdəki səfilik və konsulluqlarımız oradakı soydaşlarımızı tam bilgiləndirmir.

BiG.AZ xəbər verir ki, modern.az sayta olan məsələ ilə bağlı müraciətləri nəzərə alaraq, kiçik bir araşdırma aparıb. Türkiyədə yaşayan Seda Akgül (adı xanımın istəyinə əsasan şərtidir-red.) bildirir ki, o, Türkiyədə vətəndaşıq aldıqdan sonra Bakıdakı ailəsinə Agır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin müstəntiqi tərəfindən bildiriş gəlib. Xanım Türkiyə vətəndaşlığını qəbul edib, Azərbaycan hökumətinə bununla bağlı gec xəbər verdiyi üçün 3000-5000 manat arasında cərimə olunacaq. Cərimə ödənməzsə, iş məhkəməyə çıxarılacaq. Məhkəmədən sonra inzibati əsaslarla cəzalandırılacaq.

Araşdırmalar göstərir ki, qanundan tam xəbərdar olmayan azərbaycanlılara müxtəlif orqanlardan fəqrli cavablar verilir. Hətta bu insanların axtarışa veriləcəyi, cərimənin iki qata çıxarılacağı ilə bağlı məlumat alan həmyerlilərimiz nə edəcəklərini tam bilmirlər.

Millət vəkili Qənirə Paşayeva bu məsələ ilə baglı narahat edən məqama aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə baglı qanunun 10-cu maddəsinin 2-ci hissəsində bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bu yaşadıqları ölkədəki Azərbaycan səfirliyi və konsulluqları, eləcə də Azərbaycanın Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti ola bilər. Bu məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, bu məsələ ilə bağlı araşdırmanı Daxili İşlər Nazirliyi aparır. Vətəndaşlara göndərilən bildirişlərdə 3000-5000 manat cərimənin nəzərdə tutulduğu doğrudur. Əgər bu məbləğ ödənməzsə, iş məhkəməyə çıxarılır və məlumatı verməyən şəxs inzibati qaydada cəzalandırılır. Məsələn, cərimə olunan şəxs işlə təmin edilir və ayıq əmək haqqı cərimə olaraq ödənir. Həmin iş şəxsin vətəndaşlıq aldıgı ölkədə deyil, Azərbaycanda verilir. Eyni zamanda verilən işi dövlət strukturu müəyyənləşdirir.

Milli Məclisin Hüquq siyasəti və dövlıt quruculuğu komitəsinin sədri Əli Hüseynli da deyir ki, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız vətəndaşlıq dəyişildiyi zaman bununla bağlı rəsmi məlumat verməlidir.

Azərbaycan Konstitusiyasına vətəndaşlığın itirilməsinin hüquqi mexanizmi aydın şəkildə göstərilmədiyindən bəziləri bu məsələdə çaşqınlıq yaşayır. Onların qənatinə görə, söhbət vətəndaşlıqdan məhrum etməkdən deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsindən gedirsə, probleməı necə yanaşılamaldır?

Əli Hüseyinli deyir ki, əlavə və dəyişiklikliklər vətəndaşlıgın itrilməsi mexanizmini tənzimləyir.

Deputatın sözlərinə görə, qanunun geriyə qüvvəsi yoxdur. Qanunun tətbiqinin aydın mexanizmi yaradılıb. Bu, 2014-cü ilədək xarici ölkələrin vətəndaşlığını almış şəxslərə şamil edilmir.

"Qanunun 10-cu maddəsinin 1-ci hissəsi və 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində qeyd olunub ki, qanunun geriyə qüvvəsi yoxdur və qanun qüvvəyə minənə qədər ( 2014-cü il) xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına şamil olunmur".

Xəbərlər     Baxılıb: 2323   Tarix: 24 mart 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi kekslər gül buketləri kontrasepsiya və abort cinsəl sağlamlıq kosmetika novruz əfsanələr prostat sağlamlıq tərəzi