Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir?

Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir?Türkiyədə sosial media fenomeni Nihan Candanın anoreksiya nevroza (nevrotik anoreksiya) səbəbilə həyatını itirməsi bu xəstəliyi yenidən gündəmə gətirib. 
Milli.Az xəbər verir ki, görünüş təzyiqi və psixoloji travmaların səbəb olduğu bu narahatlığın yalnız fiziki deyil, həm də davranışsal və travma əsaslı bir proses olduğunu vurğulayan türkiyəli klinik psixoloq Gözdə Göktaşın sözlərinə, anoreksiya nevroza bir qidalanma pozuntusudur: "Bu, sadəcə davranışa əsaslanan bir proses deyil. Travmaya əsaslanan, erkən uşaqlıq dövrü və ailədən keçən təsirlər ilə də əlaqələndirilə bilər".
Klinik psixoloq Gözdə Göktaş bildirib ki, qidalanma pozuntuları yalnız fiziki deyil, eyni zamanda dərin ruhi çökmənin əksidir: 
"Ailələr və yaxın çevrə bu prosesdə qətiyyən günahlandırıcı deyil, tamamilə dəstəkləyici mövqe sərgiləməlidirlər".
Anoreksiya nevrozanın əksər hallarda yalnız pəhriz asılılığı və ya arıqlamaq arzusu kimi dəyərləndirildiyini, lakin bu vəziyyətin arxasında çox daha dərin psixoloji amillərin dayandığını qeyd edən psixoloq Göktaş deyib: 
"Anoreksiya nevroza bir qidalanma pozuntusudur. Bu, sadəcə davranışa əsaslanan bir proses deyil. Travma əsaslı, erkən uşaqlıq dövrü və ailədən ötürülən təsirlərlə də əlaqəlidir. Nəzarət ehtiyacı, özgüvən əksikliyi, mükəmməllikçi yanaşma, çətin həyat hadisələri və aşağı öz dəyər hissi bu vəziyyətdə müəyyənedici amillərdir. Travmalar, ailəvi yüklər, mükəmməllikçilik, obsesif düşüncələr və sosial medianın təzyiq etdiyi bədən görünüşü bu mənzərəni daha da ağırlaşdırır. İnsan özünü aynada hələ də kök görə bilir və bu, pozulmuş bədən algısının ən bariz göstəricisidir".
Klinik psixoloq əlavə edib ki, anoreksiya nevrozada kilo itkisi yalnız fiziki bir əlamət deyil, eyni zamanda ruhi bir geriləmənin göstəricisidir. Bu vəziyyətin xüsusilə yeniyetmələr və gənc qadınlar arasında tez-tez rast gəlinməsinə baxmayaraq, son illərdə kişilər arasında da artdığı müşahidə olunur:
"Son zamanlarda sürətli kilo itkisi baş verirsə, psixoloji dalğalanmalar müşahidə olunursa, bu sadəcə bir pəhriz məsələsi deyil. İnsan özünü ifadə etməkdə çətinlik çəkə bilər, sosial münasibətlərdən uzaqlaşa bilər. Bu mərhələdə həm psixoterapiya, həm də həkim nəzarəti mütləqdir".
Anoreksiyadan xilas olmağın fərdi iradə ilə təkbaşına öhdəsindən gəlinə biləcək bir proses olmadığını vurğulayan Gözdə Göktaş bildirib ki, bu vəziyyətə multidissiplinar yanaşma tələb olunur:
"Psixoloji dəstək, qidalanma üzrə məsləhət və əgər lazım gələrsə, tibbi müalicə paralel şəkildə aparılmalıdır. Bu prosesə təkcə xəstə deyil, ailə də daxil edilməlidir; tənqid etmək yerinə, dəstək göstərilməlidir. Anoreksiya həm fiziki, həm də emosional tərəfləri ilə ələ alınmalı olan bütöv bir sağlamlıq problemidir".
Xəstəliyin xüsusilə başlanğıc mərhələsində insanın yaşadığı durumu dərk edə bilmədiyini vurğulayan Göktaş, ailə və yaxın çevrənin müşahidələrinin böyük əhəmiyyət daşıdığını bildirib:
"Xəstə adətən vəziyyətini inkar edir. Özümü yaxşı hiss edirəm deyə bilər, amma fiziki əlamətlər fərqli mənzərə təqdim edir. Bu səbəblə yaxın çevrə sürətli kilo itkisi, yemə vərdişlərində dəyişiklik və sosial təcrid kimi siqnalları ciddi qəbul etməli və vaxtında peşəkar yardım alınmalıdır"./Qaynarinfo 
Milli.Az

Xəbərlər     Baxılıb: 1441   Tarix: 23 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

gözəllik məhsulları donlar 2026 makiyaj etmek qaydalari əllərə qulluq geyim 2026 qadın haqqinda azərbaycan haqda kosmetika atalar sözü seksual tapmaca uşaq şeirləri uşaq nece olur