COVID-19 vaksinin üzləşəcəyi çətinliklər

COVID-19 vaksinin üzləşəcəyi çətinliklərEkspertlər deyir ki, COVID-19-a qarşı vaksin olmayanadək iqtisadiyyat tam olaraq bərpa olmayacaq.
Lakin rəy sorğuları göstərir ki, vaksin hazır olandan sonra amerikalıların üçdə biri vaksin vurdurmağı düşünmür.
Bu isə o deməkdir ki, pandemiyaya son qoymaq və insanların işə dönmələrini təmin etmək təkcə tibbi elm məsələsi deyil, həm də sosial elm məsələsidir.
Yeni hesabata əsasən, tibbi məsələlərin həllinə milyardlarla dollar pul xərclənsə də, bu pulların heç biri sosial məsələlərin həllinə yönəlməyib.
"Sadəcə kliniki baxımdan uğurlu vaksin olmur. Həm də ictimaiyyət tərəfindən qəbul edilən vaksin olmalıdır," hesabatın həm-müəllifi mədəni antropoloq və Cons Hopkins Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin baş elmi işçisi Monika Şoç-Spana bildirib.
Alimlər misli-görünməmiş sürətdə COVID-19-a səbəb olan koronavirusa qarşı təhlükəsiz və effektiv vaksin inkişaf etdirməyə çalışırlar. Lakin Soç-Spana deyir ki, "insan faktorlarını anlamağın vacibliyinə diqqət yetirilməyib."
Bu səbəbdən də o və 22 digər həm-müəlliflər, o cümlədən epidemioloqlar, vaksinoloqlar və sosial elm üzrə mütəxəssislər hansı boşluqların doldurulmalı olduğunu göstərən hesabat hazırlayıblar.
Milli Yetişkin və İnfluenza İmmunizasiyası Sammitinin həm-sədri L.J. Tan qeyd edir ki, vaksin əleyhdarları "çox effektiv şəkildə anti-vaksin hərəkatlarını COVID-19-la bağlı bəzi siyasi məsələlərlə əlaqələndirə biliblər", bağlama tədbirləinin əleyhinə çıxıblar, maska taxmaqdan imtina ediblər.
Soç-Spana isə deyir ki, Tramp administrasiyasının bəzi ritorikaları da insanlarda inam yaratmağa yardım etməyib.
Məsələn, vaksin proqramına "Yüksək sürətli Əməliyyat" adı verməsi təhlükəsizlik əvəzinə cəldliyə üstünlük verildiyinə dair təəssürat yaranır.
Administrasiya hidroksiklorokin dərmanının COVID-19-a qarşı effektiv olduğunu təkid etməyə davam etməklə tibb mütəxəssislərinə xələl gətiriblər, çünki qızıl-standartlı araşdırmalar bu dərmanın effketiv olmadığını müəyyən edib.
Bir rəy sorğusunun nəticələri göstərir ki, sorğu iştirakçılarının 36 faizi prezident Donlad Trampın vaksini dəstəkləməsi nəticəsində vaksin olmaq ehtimalları azalacaq, 14 fazinin isə artacaq.
Bundan əlavə COVID-19-un qeyri-mütənasib təsirinə məruz qalan qaralar da vaksinə ən çox tərəddüdlə yanaşanlar arasındadır. Rəy sorğuları göstərir ki, afrikalı amerikalıların 25-44 faizi vaksin vurmayacaqlarını bildirir.
Şoç-Spana deyir ki, bu, onların hazırda səhiyyə sistemi tərəfindən üzləşdirkləri diskriminasiya ilə yanaşı həm də afrikalı amerikalılar üzərində 20-ci əsrdə keçirilən qeyri-etik tibbi eksperimentlərin nəticəsidir.
Vaksin hazır olanda, ilk başda hər kəsə yetəcək qədər vaksin olmayacaq.
"Buna görə, də məhdud vaksinlərin ilk kimə vurulacağı ilə bağlı qərar verilməlidir. Bu isə təkcə texniki qərar deyil. Bu həm də sosial dəyərlərə əsaslanan bir qərardır," Şoç-Spana deyir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1843   Tarix: 11 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

toy gecesi yay geyimləri 2026 geyim seçimi stil və moda abşeron tortu qadın parfumeriya bulkalar kosmetika toy gecesı baldiz xocali burcler haqqinda vətən haqqında atalar sözləri