Dəridə ləkələr və onun aradan qaldırılması yolları

Dəridə ləkələr və onun aradan qaldırılması yollarıYaz ləkələri Günəşin aktivləşməsindən sonra əsasən tünd dərisi olanlarda yaranır. Onlara ən çox yanaq, alın və dodaq nahiyələrdə rast gəlinir. Günəş ləkələrini aradan qaldırmaq üçün mütləq dermatoloqlara müraciət edilməlidir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-kosmetoloq Samirə Əzizova deyib: "Ləkələrin yaranma səbəbləri müxtəlif ola bilər. Onlar hormonal problemlər nəticəsində, habelə qaraciyər xəstəlikləri ilə əlaqədar, aknedən sonra, həmçinin hamiləlikdən əvvəl və hamiləlikdən sonra yarana bilər. İlk növbədə ləkənin mənşəyini müəyyənləşdirmək və ona uyğun müalicə tətbiq etmək lazımdır".
Günəş ləkələrinin aradan qaldırılmasında krem müalicəsi və kimyəvi pilinqdən istifadə olunur. Xüsusilə də üz nahiyəsində rast gəlinən həmin ləkələr daha çox narahatlıq doğurur. Bunun üçün bir çox təbii müalicə üsulları var. Onlar kimyəvi qatqılarsız olduğundan dəriyə mənfi təsir göstərmir. Alma sirkəsi, qatıq, aloe, kartof və limon kimi təbii vasitələrin ləkə zamanı dəriyə istifadə edilməsi qısa müddət ərzində müsbət nəticələr verir. Günəş ləkələrinə qarşı ən səmərəli vasitələrdən biri də limon suyudur. Onun tətbiqi tez bir zamanda ölü hüceyrələri aradan qaldırır, tünd hissələrin ağarmasına səbəb olur.
"Ləkələr xronikləşmiş proses hesab edilir. Bəzən ona qarşı uzun müddət davam edən müalicə prosedurları aparılır. Düyü maskaları və düyünün limonla qarışıqları çox yaxşı nəticələrə səbəb olur", - deyə həkim-kosmetoloq bildirib.
Günəşə uzun müddət məruzqalma çillərə bənzəyən ləkələr - melozma yaradır. Ona görə də şüaların birbaşa dəri səthinə düşməsinin qarşısını almaq, dəriyə qoruyucu krem çəkmək, nəmləndirici kremdən istifadə etmək, günəşli havalarda epilyasiya olunmamaq əsas şərtlərdəndir. 
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1719   Tarix: 05 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri maskalar düzgün qidalanma baliq yagi aliment almaq dil haqqinda atalar sozleri kosmetika hakisda opusme gozde olar dovsan vidyolar