Dilin rəngi hansı xəstəliklərdən xəbər verir?

Dilin rəngi hansı xəstəliklərdən xəbər verir?İnsanın dilinin rəngi mədə-bağırsaq traktının (GİT), öd kisəsinin, qaraciyərin, ağciyərlərin, böyrəklərin, ürək-damar sisteminin və ya müxtəlif infeksiyaların müxtəlif xəstəlikləri haqqında məlumat verə bilər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Atlas" klinika şəbəkəsinin otorinolarinqoloqu Svetlana Zimina Ura.ru-ya müsahibəsində deyib. Mütəxəssis qeyd edib ki, dil çox vaxt müəyyən xəstəliklərin göstəricisi olmaqla orqan və sistemlərin vəziyyətini əks etdirir.
"Dilin səthindəki ərpin rəngindən, qalınlığından və dildə yerləşməsindən, həmçinin ağızdan gələn qoxudan asılı olaraq həkim müəyyən bir xəstəlikdən şübhələnə bilər. Ağ, boz və ya sarı ərp mədə-bağırsaq problemlərini göstərə bilər. Məsələn, qastrit, enterokolit, mədə və ya bağırsaq xorası. Ərpin sarı rəngi öd kisəsi və qaraciyər problemləri ilə əlaqəli ola bilər", - həkim açıqlamasında bildirib.
Həkim dilin ön və yan hissələrindəki ağ ərpin ağciyər və böyrəklərdə sağlamlıq problemlərinə işarə edə biləcəyini qeyd edib. Qalın və bərk ağ ərp bəzən SARS və qripli xəstələrdə intoksikasiya sindromu ilə meydana gəlir. Həkim qeyd edib ki, bu rəngli ərp həm də göbələk infeksiyasını göstərə bilər.
Dilin bənövşəyi rəngi bəzən ürək-damar sistemi xəstəlikləri ilə, maviyə yaxın ərp böyrək xəstəlikləri ilə, parlaq dil dəmir, vitamin B12 və PP çatışmazlığının əlaməti, solğun rəng isə anemiya ilə bağlı ola bilər. Həkim vurğulayıb ki, dildə baş verən müxtəlif dəyişikliklər xəstəliklərin əlamətlərindən yalnız biridir, diaqnozu təsdiqləmək üçün xəstə daha ətraflı müayinədən keçməlidir:
"Dilin səthindəki ərpi nəzərə almaq lazımdır, ancaq diqqəti təkcə buna yönəltmək olmaz. Sağlam insanın dili solğun çəhrayı olur, bəzən nazik qoxusuz ərp ola bilər, ancaq ərpin rəngi və qalınlığı dəyişdikdə ağızda pis qoxu yaranır ki, onda həkimə müraciət etməlisiniz".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1862   Tarix: 06 iyul 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

reseptler qaşların formalari geyim və ayaqqabılar badımcan yeməyi qüsl almaq qaydası vaginal təmizlik bilik haqqinda atalar sözləri kosmetika bayraq intim munasibetler usaq geyimleri itburnu veten