DİQQƏT: Cinsi yolla keçən dörd yeni aşkarlanmış xəstəlik

DİQQƏT: Cinsi yolla keçən dörd yeni aşkarlanmış xəstəlikQonoreya (süzənək), sifilis və xlamidiya cinsi yolla yoluxan xəstəliklərdir. Və bunlardan bir çox insan xəbərdardır. Lakin ictimai sağlamlıq rəsmilərinin bildirdiklərinə görə, inkişaf etməkdə olan bir sıra yeni və güclü xəstəliklər mövcuddur.

Həmişə yeni xəstəliklər yaranır və cinsi yolla keçən xəstəliklər də istisna deyil.

Bu yazıda sizə ictimai sağlamlıq üçün ciddi təhlükə sayılacaq dörd bakteriya haqqında məlumat verəcəyik.

1. Neisseria meningiti

Kişi

Neisseria meningiti əsasən oral seks yolu ilə yayılır

Daha çox meningococcus kimi bilinən neisseria meningiti beyin və onurğa sütununun qoruyucu membranlarına potensial öldürücü təhlükə yaradan invaziv meningitə səbəb ola bilir.

Onun sidik-cinsiyyət infeksiyalarına səbəb olduğu da elmə məlumdur.

1970-ci illərdə baş tutan bir araşdırmada erkək şimpanzenin sidik kanalı infeksiyasına burnu ilə yoluxduğu və sonra boğazına və penisinə ötürdüyü təsvir olunmuşdu.

"Bu heyvan tez-tez oral-tənasül əlaqədə olurdu," müəlliflər qeyd edirdilər.

Təxminən 5 və 10 faiz arasi yetkinlər burunları və boğazlarının arxa hissəsində Neiserria meningiti daşıyırlar. Araşdırmalar göstərir ki, onlar bakteriyanı tərəf müqabillərinə oral seks, öpüşmə və infeksiyaya uğramış damcıları ötürə biləcək hər hansı başqa yaxın əlaqə vasitəsilə ötürürlər.

Tədqiqatçılar Avropa, Kanada və ABŞ-da gey və biseksual kişilər arasında xəstəliyin invaziv formalarının yaranmasına hansı əlaqənin səbəb olduğunu müəyyənləşdirməyiblər.

Lakin Neisseria meningitinə yoluxmuş başqa bir qrup kişinin sidik kanalı üzərində aparılan araşdırma göstərib ki, (onlardan yalnız biri heteroseksual olub) onlara xəstəlik oral seks vasitəsilə keçib.

Alimlər 2015-ci ildə ABŞ-ın bir neçə şəhərində eyni anda yayılan xəstəlik zamanı onun qonoreya yaradan yaxın qohumu Neisseria qonoreya ilə DNT üzərindən genetik rekombinasiya aparıblar.

Cinsi yolla keçən infeksiyanın belə effektiv yayılmasına da həmin mutasiya səbəb olur.

Neisseria meningitinin dünyada ən yoluxucu hesab olunan beş növü var. Xoşbəxtlikdən hər beş növə qarşı müdafiə yaradan iki peyvənd mövcuddur.

2. Mikoplazma genitalium

Qadın bədəni

Mycoplasma genitalium Xlamidiya xəstəliyini zahirən xatırlatsa da qadınların nəsilartırma funksiya üçün olduqca təhlükəlidir.

Mikoplazma genitalium cinsi əlaqə vasitəsilə yoluxan qorxulu ən kiçik bakteriya hesab olunur.

İlk dəfə 1980-ci illərdə aşkarlanan bakteriyaya yoluxan insan sayının hazırda 1-2 faiz arası olduğu zənn edilir və xüsusilə də, yeniyetmələr və yetkinlik yaşına çatan gənclərdə müşahidə olunur.

Adətən simptomsuz görülən mikoplazma genitalium, sidik kanalı və uşaqlıq ağzında (serviks) davamlı qıcıqlanma yaradaraq xlamidiya və qonoreyaya bənzəyir.

Qadın reproduktiv sistemində pelvik iltihabı xəstəliyinə səbəb ola bildiyi üçün onu sonsuzluq, uşaqsalma, vaxtında əvvəl doğuş və hətta dünyaya ölü uşaq gətirmə ilə əlaqələndirirlər.

Kondomlar infeksiyanın qarşısını ala bilsə də, tədqiqatçılar Mikoplazma genitalium-un azitomiçin və doksisiklin antibiotikləri ilə müalicəyə daha dözümlü olduğu ilə bağlı narahatçılıqlarını paylaşıblar.

"Bu mikroorqanizm barəsində narahatçılığım odur ki, bu qədər dözümlük onun bir o qədər də çox yayılmasına səbəb olacaq," İİV/Cinsi Yolla Yoluxan Xəstəliklər Proqramı üzrə Seattle və King Əyalətinin İctimai Sağlamlıq direktoru Matthew Golden deyir.

Mikoplazma genitalium super-bakteriyasının qarşısını almaq üçün daha ətraflı testlərə ehtiyac var.

Lakin diaqnostik üsullar, sidiklik, serviks və ya vaginal yaxma testləri vasitəsilə həmişə əlçatandır.

3. Shigella flexneri

Kişi tualetdə

Shigella flexneri mədə qıcolmasına və qanlı qarın işləməsinə səbəb olur.

Shigellosis (və ya Shigella dysentery) insan nəcisinin birbaşa və ya dolayı yolla əlaqəsi zamanı yoluxur.

İnfeksiya kəskin qarın sancıları və qan-bəlğəm qarışıq qarınişləmə ilə müşayiət olunur.

Xəstəlik daha çox azyaşlı uşaqlar və bəzi orta və aşağı gəlirli ölkələrin səyahətçiləri arasında müşahidə edilsə də, tədqiqatçılar gey və biseksual kişilərdə shigellosis-i 1970-ci illərdə qeydə almağa başlayıblar.

Alimlər inanır ki, flexneri yayılmaq üçün anal-oral seks vasitəsilə yeni bir yol tapıb və beləliklə, cinsi yolla yoluxan bir neçə infeksiyaya səbəb olub.

New York City-nin Sağlamlıq və Əqli Gigiyena Departamentinin rəhbər müavini Demetre Daskalakis-ə görə, infeksiya qonoreyanın da müalicəsi üçün istifadə olunan azitromiçin antibiotikinə qarşı getdikcə daha dözümlü olur.

İctimai sağlamlıq agentlikləri Shigella-nın potensial qonoreya super-bakteriyası törədəcəyindən ehtiyat edərək, nüanslı müalicə strategiyası seçiblər, o deyir.

Həkimlər yetkin, sağlam insanlara artıq antibiotikdən istifadə etməməyi və shigellosis-in narahatedici olmağına baxmayaraq, adətən qısa çəkən müddətini özü başa vurmasını məsləhət bilirlər.

4. Lymphogranuloma venereum (LGV)

Bu cinsi yolla yoluxan infeksiyaya səbəb Xlamidiya trachomatis-dir ki, o da "dəhşətli infeksiya" üçün əsas yaradır, San Francisco-da yerləşən One Medical klinikasının həkimi Christopher Schiessl belə düşünür.

LGV əvvəlcə müvəqqəti tənasül sızanağı, suluğu və ya xorası yaradır və sonra bədənin limfatik sistemini ələ keçirir. Bağırsaq infeksiyası bağırsaq iltihabı xəstəliyinə oxşayır və fisrula və struktura kimi yoğun və düz bağırsaq anomaliyalarına səbəb olur.

Ötən onillik ərzində LGV Avropa və Şimali Amerikada artan dərəcədə ümumi hal alıb və bir sıra xəstəliklər ilə əlaqələndirilir. Xüsusilə də, gey və biseksual kişilər arasında.

Xlamidiyada olduğu kimi LGV də yüksək İİV ötürücülüyü riski daşıyır.

Vaginal və ya anal seks zamanı qoruyuculardan (kondomlar) istifadə etmək infeksiya riskini azalda bilər. LGV üçün isə doksisiklin antibiotikləri kimi preparatlarla üç həftəlik müalicə lazım gələ bilər.

Xəbərlər     Baxılıb: 2110   Tarix: 08 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

kosmetik vasiteler toy makiyaji sekilleri makiyaj instagram hicab ortukleri burcler kisiler boy uzadan yanıltmacalar kosmetika saglam qidalanma novruz bayramına aid hakışda hakıştalar insan xeyanet