Dırnaqlarınızda ağ ləkələr varsa... – Bu xəstəliklərin əlamətidir

Dırnaqlarınızda ağ ləkələr varsa... – Bu xəstəliklərin əlamətidirDırnaqlarda ağ ləkələr adətən ciddi qəbul edilmir. Bu ləkələrin müvəqqəti və ya zərərsiz olduğu düşünülür. Ancaq onlar ciddi sağlamlıq problemlərinin əlaməti də ola bilər.
Milli.Az medicina.az-a istinadla xəbər verir ki, mütəxəssislər dırnaqlarında ağ ləkələr olanlara vaxt itirmədən həkimə müraciət etməyi məsləhət görürlər.
Araşdırmalar dırnaqdakı ağ ləkələrin bəzi xəstəliklərin əlaməti olduğunu göstərib.
"Leykonychia" adlanan bu ləkələr adətən aşağıdakı səbəblərdən yaranır:
Travma və ya zərbə: Dırnaq səthi zərbə aldıqdan sonra dırnaq altında hava yığılması səbəbindən bu hal baş verə bilər.
Mineral çatışmazlığı: Xüsusilə sink və kalsium çatışmazlığı dırnaqlarda ağ ləkələrə səbəb ola bilir.
İnfeksiyalar: Dırnaq göbələyi və ya digər infeksiyalar ağ ləkələrin yaranması ilə müşayiət olunur.
Kimyəvi maddələrə məruz qalma: Aqressiv kimyəvi maddələr və ya təmizləyici maddələr dırnaq səthinə təsir edə və ağ ləkələrin yaranmasına səbəb ola bilər.
Digər sağlamlıq problemləri: Nadir hallarda dırnaqlarda ağ ləkələr ciddi sağlamlıq problemlərinin əlaməti olur, lakin adətən digər simptomlarla birlikdə baş verir.
Xalq arasında isə dırnaqlarda ağ ləkələrin vitamin çatışmazlığından qaynaqlandığı düşünülür.
Dırnaqlarınızda ağ ləkələr varsa, mütləq mütəxəssisə müraciət edib səbəbi aydınlaşdırmalısınız. Çünki yuxarıda sayılan bəsit səbəblərlə yanaşı eqzema və sədəf kimi dəri xəstəlikləri də bu vəziyyətə yol aça bilər. Sədəf dırnağın haçalanmasına, qalınlaşmasına və ya rənginin dəyişməsinə səbəb ola bilər. Eqzema da dırnaqlarda rəngin dəyişməsi, çıxıntılar, qalınlaşma və çuxurlaşma kimi simptomlarla müşayiət olunur.
Dırnaq yemə vərdişləri, tez-tez manikür və pedikür etmək də ağ ləkələrin yaranmasına gətirib çıxarır.
Dar ayaqqabı geyinmək isə ayaq dırnaqlarında ağ ləkələrin yaranması ilə nəticələnir.
Dırnaqlarınızda hərdən görünən və sonra yoxa çıxan ağ ləkələr çox da təhlükəli deyil. Ancaq bu ləkələr uzun müddət qalırsa, ciddi xəstəliklərdən şübhələnmək lazımdır.
Məsələn, qaraciyər xəstəliyi zamanı belə ləkələr görülə bilər.
Həmçinin otoimmün xəstəliklər də bədənin immun sistemi sağlam hüceyrələrə və toxumalara hücum edir. Bu zaman da dırnaqlarda dəyişikliklər meydana gələ bilir.
Xərçəng müalicəsində istifadə edilən kemoterapi dərmanları, sızanaq müalicəsi zamanı yazılan retinoidlər, təzyiq dərmanları və bəzi antibiotiklər dırnaqları zədələyə, dırnaqda ağ ləkələrə və xəttlərə səbəb ola bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1522   Tarix: 04 iyul 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

turlar.az

sac duzumleri qadin dunyasi yay kolleksiyasi sözlü şəkillər hamilə geyimləri ana və uşaq displaziya kosmetika novruz hakisdalari vətən həsrəti seksler qu quşu qız bürcü