Dövlət bağçasında RÜŞVƏT QALMAQALI: "Niyə pulu gətirməmisən, 200 manat..." - FOTOLAR

BiG.AZ redaksiyasına Məmmədova Xatirə ad-soyadlı oxucu şikayət məktubu ünvanlayıb.

Şikayət məktubu M.Xatirənin iki oğlunun getdiyi 16 saylı uşaq bağçasının müdirindəndir:

"Mən iki oğlumu - Məmmədov İsgəndər və Məmmədov İlhamı artıq üç ilə yaxındır ki, dövlətin nəzdində fəaliyyət göstərən 16 saylı uşaq bağçasına qoymuşam. Uşaqlarımın bu bağçaya qəbul olunması üçün müdir Yeganə Kərimova məndən hər uşağıma görə 100, ümumilikdə 200 manat alaraq qəbul etmişdi.

Uşaqlarım bu bağçaya qəbul olunan gündən, məndən hər ay "fond pulu" adı ilə 15-20 manat pul alırlar.

Bağçanın vəziyyəti bərbad gündədir, anti-sanitariya qaydalarına əməl olunmur. Bu azmış kimi, müdir Yeganə Kərimova məni hər kəsin qarşısında biabir edib. O, ötən gün məndən soruşdu ki, niyə bu ayın pulunu gətirməmisən? Mən də cavabında dedim ki, Yeganə xanım, qanuna qalsa, məndən pul tələb olunmamalıdır. Çünki bura dövlətin uşaq bağçasıdır.
Yeganə xanım isə üstümə qışqıraraq, dedi ki, narazısansa get, ürəyin hara istəyir, şikayət elə bu uşaq bağçası mənimdir. Bu sözlərdən sonra uşaqlarımı da götürüb, ağlaya-ağlaya evimizə gəldim, artıq nə edəcəyimi bilmirəm. Ümid edirəm ki, saytınız vasitəsilə Yeganə Kərimovanın bu hərəkətlərini araşdırıb, qanuni tədbir görərlər".

Məsələ ilə əlaqədar sözügedən məktəbəqədər tərbiyə müəssisəsinin müdiri ilə əlaqə saxladıq.

Nəsimi rayonu, Alı Mustafayev küçəsi 39 ünvanında yerləşən 16 saylı uşaq bağçasının müdiri Rəna Kərimova BiG.AZ-ın əməkdaşı ilə söhbətində şikayətin əsassız və yalan olduğunu dedi. Xatirə Məmmədovanın söylədiklərini qərəzli adlandırdı:

"O, nəyin əsasında məndən şikayət edib? Demişəm ki, uşağını qalın geyindirmə, ona görə? Uşaqlar bağçaya 09:00-da gətirilməlidir. O, isə uşaqlarını gec gətirir. Demişəm ki, uşaqları bağçaya saat 10-da yox, vaxtında gətir. Soruşmuşam ki, işə gecikəndə, rəhbərlik səndən tələb etmir ki, vaxtında gəl?!

Orada-burada deyir ki, ondan rüşvət almışam. Mən kimdənsə rüşvət almağı vicdanıma sığışdırmaram. Bu boyda vicdansızlıq, şər-böhtan olmaz axı?! Allah almışamsa mənim, almamışamsa, onun bəlasını versin! Özü "Semaşko"da (1 saylı Şəhər Kliniki Xəstəxanası-red) cərrahiyə şöbəsində işləyir. Peşəsindən irəli gəldiyi üçün insanlara hədə-qorxu gəlir. Onun uşaqları hazırda bağçaya gəlir.

Xatirə Məmmədova ilə söhbət eləmişəm ki, bu nə söhbətdir? Deyir ki, siz mənə deyəndə ki, uşaqları qalın geyindirmə, mənim acığıma gəldi.

Deməli, söhbət belə olmuşdu, 10 gün bundan əvvəl günorta idi, gördüm ki, Xatirə bağçanın həyətindədir. Soruşdum ki, burda nə gəzirsən? Dedi ki, nahar vaxtıdır, gəldim, uşaqlara baş çəkim. Baxdım ki, uşaqları çox qalın geyindirib. Dedim ki, bunları niyə belə qalın geyindirmisən, hava da istidir? Sonra da əlavə etdim ki, bəs uşağı belə qalın geyindirəndə xəstələnəcək də. Bu sözləri də ona görə dedim ki, onun ailəsi, daha doğrusu, Xatirənin babası, rəhmətlik İsgəndəri tanıyıram. Ərkyana dedim, yoxsa nəyimə lazımdır, istəyir lap uşaqları "şuba" ilə gəzsinlər".

Mövzunu davam etdirəcəyik.
Dövlət bağçasında RÜŞVƏT QALMAQALI: "Niyə pulu gətirməmisən, 200 manat..." - FOTOLARDövlət bağçasında RÜŞVƏT QALMAQALI: "Niyə pulu gətirməmisən, 200 manat..." - FOTOLARDövlət bağçasında RÜŞVƏT QALMAQALI: "Niyə pulu gətirməmisən, 200 manat..." - FOTOLAR

Xəbərlər     Baxılıb: 1958   Tarix: 12 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

toy makiyaji sekilleri gozel gorunmek yay geyimləri 2026 bu ilin cantalari romantik pozalar hamileliyin elametleri ət yeməkləri kosmetika 8 mart kurtlar vadisi xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır novruz bayramı haxışta sirin qogal