Dramatik növün janrları

Dramatik növün janrlarıDramatik növün üç əsas janrı vardır: komediya, faciə, dram.
Komediya. Komediya yunan sözü olub "şən yığıncaq", "şən tamaşa" deməkdir. Şərqdə bu janra "məzhəkə" də deyilir. Məzhəkə ərəbcə "gülməli soz" və ya "gülməli hərəkət" deməkdir. Həyat hadisələrini gülməli tərzdə əks etdirən pyes "komediya" və ya "məzhəkə" adlanır. Komediyada gülüşə yalnız əyləncə vasitəsi kimi baxmaq olmaz. Komediyada gülüş ictimai-əxlaqi məzmun daşıyır, müəllif bədii gülüşdən istifadə ctməklə cəmiyyətdə müşahidə etdiyi nöqsanları tənqid edib aradan qaldırmaq məqsədi güdür.
Komediyada gülüş yaratmağın müxtəlif üsulları vardır. Azərbaycan ədəbiyyatı tarixində ilk komediya M.F.Axundzadənin "Hekayəti-Molla Ibrahimxəlil kimyagər" əsəridir.
Ədəbiyyatda musiqili komediya nümunələri də vardır. Sözlə musiqinin vəhdəti əsasında yaranan komediya musiqili komediya adlanır. Ü. Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" əsərləri musiqili komediyanın əvəzsiz nümunələridir.

Faciə. Ərəb sözü olub "kədərli, dəhşətli hadisə" deməkdir. Janrın adı kimi tragediya terminindən də istifadə olunur. Söz öz ilk mənasından (tragediya keçilər haqqında nəğmə demək idi) uzaqlaşaraq, dramatik növün bir janrını bildirmişdir. Komediyada gülməli hadisələr əsas yer tutursa, faciədə kədərli, dəhşət doğurucu hadisələr ön plana keçir. Böyük ümidin, xoş arzunun məhv olması ilə nəticələnən pyeslər faciə adlanır. Faciənin baş qəhrəmanı, əsasən, yeni ideya, yeni həyat uğrunda mübarizə aparır. Bu mübarizədə baş qəhrəman kəskin müqavimətə rast gəlir. Qəhrəmanın arzusu ilə həmin arzunu həyata keçirmək imkanı arasında çox böyük ziddiyyət yaranır. Qarşılaşdığı çətinliklərə baxmayaraq, faciə qəhrəmanı öz əqidəsindən dönmür və çox vaxt bu yolda həlak olur. Faciədə qəhrəmanın fiziki ölümü onun mənəvi qələbəsi kimi mənalanır. Müsbət qəhrəman fiziki cəhətdən məhv olsa da, öz idealı uğrunda fədakar, güzəştsiz mübarizəsi ilə mənfi qüvvələrə mənəvi cəhətdən qalib gəlmiş olur. 1896-cı ildə Nəcəf bəy Vəzirov tərəfindən yazılmış "Müsibəti-Fəxrəddin" əsəri Azərbaycan ədəbiyyatı tarixində faciə janrının ilk nümunəsidir. Həmin əsərdən sonra Ə. Haqverdiyev, N. Nərimanov, H. Cavid, C. Cabbarlı kimi sənətkarlarımız faciə janrının yeni-yeni nümunələrini yaratmışlar.
Nəriman Nərimanovun "Nadir şah" əsəri isə tarixi faciə janrının ilk nümunəsidir.
Faciə nəsrlə yazıldığı kimi, nəzmlə də yaza bilir. Azərbaycan ədəbiyyatı tarixində mənzum faciənin ilk nümunəsi H.Cavidin "Ana" əsəridir (1910). Faciə janrının sonrakı daha mükəmməl nümunələri H.Cavidin "Şeyx Sənan" (1914) və "İblis" (1918) əsərləridir.

Dram. Dram əsəri dedikdə çox vaxt dramatik növdə yazılmış bütün əsərlər nəzərdə tutulsa da, ayrıca işlənən dram termini dramatik növün yalnız bir janrının adını bildirir. Dramda həm komediya, həm də faciəyə xas əlamətlər özünü göstərir. Dram komediya ilə faciə arasında orta mövqe tutur. Buna baxmayaraq, dram janrı dramatik növün digər iki janrından özünəməxsus xüsusiyyətləri ilə seçilir. Faciədə olduğu kimi, dramda da qəhrəmanla ətraf mühit arasında ciddi münaqişə və kəskin toqquşma baş verir. Amma faciədən fərqli olaraq, dramda qəhrəman bu münaqişə və toqquşma zamanı, bir qayda olaraq, həlak olmur, şər qüvvələrə mənəvi cəhətdən qalib gəlməklə bərabər, həm də fiziki cəhətdən sağ qalır. Dramda komik səhnələrdən də istifadə edilə bilər. Amma dramın bütovlüklə gülməli hadisələr üzərində qurulması mümkün deyil. Ədəbiyyat tarixində dram janrının ilk nümunəsi M.F.Axundzadənin "Hekayəti-xırs quldurbasan" (1851) əsəridir.
Dram janrı da nəzmlə yazıla bilir. H.Cavidin "Peyğəmbər", S. Vurğunun "Vaqif' kimi əsərləri mənzum dram nümunələridir.

Tragikomediya. Bildiyimiz kimi, faciə və dram janrlarında komediya janrının elementlərindən istifadə edilə bilər. H.Cavidin "Topal Teymur" əsərlərində, eləcə də S.Vurğunun "Vaqif' dramında təlxək obrazına yer verilməsi faciə və dramda komik elementlərdən istifadə edilməsinə səciyyəvi misallardır. Amma bəzən tragik məzmunlu pyesdə komizm, komik məzmunlu əsərlərdə isə tragizm o dərəcədə əsaslı yer tutur ki, həmin pyesləri janrına görə "faciə" və ya "dram" yox, "tragikomediya" adlandırmaq lazım gəlir.
Azərbaycan ədəbiyyatında tragikomediya janrı daha çox C.Məmmədquluzadənin adı ilə bağlıdır. C.Məmmədquluzadənin "Ölülər", "Anamın kitabı" və "Dəli yığıncağı" əsərlərinin tragikomediya adlandırılması təsadüfi deyil. Məsələ burasındadır ki, həmin əsərlər komik əhvalatlar fonunda faciəvi məzmun ifadə etməsinə görə ədəbiyyatımızdakı nikbin ruhlu komediyalardan -M.F.Axundzadənin "Hekayəti - Molla İbrahimxəlil kimyagər", "Hekayəti -Müsyö Jordan və dərviş Məstəli şah", "Hacı Qara" əsərlərindən xeyli surətdə fərqlənir.
XX əsr Azərbaycan dramaturgiyasının ən böyük nümayəndələri C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, S.Vurğun, S.Rəhman, M.İbrahimov, M.Hüseyn, İ.Əfəndiyev və B.Vahabzadə olmuşlar.

Maraqlı     Baxılıb: 11805   Tarix: 27 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

makiyaj instagram geyim şəkilləri gelinlikler qaraqoyunlu dərəsi aybasi ucun derman qaynar qazan darcin faydasi kosmetika qoğalın nağlı hakiwda oyunlar burcler səməd vurğun