Dünən "Altın Kelebek" alan Röyaya ZƏRBƏ: " HƏBS EDİLDİ " - FOTO

Dünən "Altın Kelebek" alan Röyaya ZƏRBƏ: " HƏBS EDİLDİ " - FOTOTanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı həbs edilib.
R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Belə ki, S.Hüseynova dələduzluqda ittiham edilir. İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İstintaq dövründə S.Hüseynova barəsində həbs qətimkan tədbiri seçilməyib. Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhkum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.
Tutulan S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.

Mənbə: report.az

Xəbərlər     Baxılıb: 3794   Tarix: 11 dekabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tavanız bu vəziyyətdədirsə, dərhal atın

Mətbəxdə ən çox istifadə olunan yapışmaz teflon tavalar zamanla aşındıqda ciddi sağlamlıq problemlərinə yol açır. Mütəxəssislər vurğulayırlar ki, tavanın dibində müəyyən izlər və ya dəyişikliklər gördükdə ondan istifadən

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gündəlik nə qədər D vitamini qəbul etməliyik?

Yetkinlər üçün orta gündəlik D vitamini tələbatı təxminən 400 BV olaraq qiymətləndirilir, qanda 12-20 ng/ml səviyyəsi isə əksər insanlar üçün kifayət hesab olunur və bu diapazondan yuxarı səviyyələr heç bir əlavə fayda vermir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir

"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbəd

.

Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir

Səhərlər limonlu su içmək qaraciyər üçün faydalıdırmı? Mütəxəssislər bildirirlər ki, bu içki ölçülü şəkildə istehlak edildikdə, maye bərpası və C vitamini təmin edərək qaraciyər funksiyasını dəstəkləyə bilər.  xəbər veri

.

Detoks pəhrizləri ilə bağlı 6 böyük mif açıqlandı

Sosial mediada sürətlə yayılan detoks pəhrizləri ilə bağlı yanlış təsəvvürləri araşdırılıb. xəbər verir ki, BBC-nin Qida üzrə yazarı və diyetoloqu Tai İbitoye bu barədə faydalı açıqlamalar verib. Belə ki, o, karbohidratla

.

Bu 3 əlamətdən 2-si varsa, mütləq həkimə gedin

Normalda sidikdə olan köpüklər susuzluqdan yarana bilər və qısa müddətdə yox olur. Lakin böyrək filtrləri zədələndikdə zülal sidiyə qarışır (proteinuriya) və bu, daha qalıcı, qatı köpük yaradır.  xəbər verir ki, bu 3 göstəricidə

.

Gənclər bu simptomları ciddiyə almır – Həkimlər xəbərdarlıq edir

Son illərdə gənclər arasında qəfil insult hallarında artım müşahidə olunur. Ənənəvi olaraq insult daha çox yaşlı insanlarda rast gəlinirsə də, müasir həyat tərzi bu xəstəliyi gəncləşdirib. xəbər verir ki, həkimlərin sözlərin

turlar.az

geyim şəkilləri reseptler kosmetika mehsullari duru yeməklər biserli uzun donlar bürclər 2026 resept kosmetika ginekoloq vetene aid atalar sozu novruz salatlar oyunlar