Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq? - VİDEO

Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq? - VİDEOAvropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir. Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb. 
Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq? - VİDEOBir vaxtlar Azərbaycanın Gürcüstanla müqayisə edilirdi. "Onlarda necə olur yumşalmaya gedilir, bizdə yox?", "Gürcüstanın təcrübəsindən niyə yararlanmırıq?", "Gürcüstanda necə oldu yoluxma azaldı, bizdə yox?" kimi suallarla tez-tez qarşılaşırdıq. Bu gün isə həmin müqayisədən söhbət gedə bilməz. Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 259 yoluxma halı qeydə alınıb. Qardaş ölkə Türkiyədə də, Rusiyada da epidemioloji vəziyyət ürəkaçan deyil. 
Azərbaycan isə dünyanın ikinci dalğa ilə üz-üzə qaldığı bir vaxtda artıq uzun müddətdir ki, ölkədə epidemioloji vəziyyəti kontrolda saxlamağı bacarır. Yuxarıda adı sadalanan ölkələrdən fərqli olaraq karantin tədbirlərini uzun müddət davam etdirən Azərbaycan bu gün bunun xeyirini görür desəm, yanılmaram. 
Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq? - VİDEOCOVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu yaxın vaxtlarda çox mühüm bir missiyada əhəmiyyətli rol oynayacaq. 
Azərbaycan dövləti ölkə daxilində koronavirusa qarşı mübarizə ilə bağlı məqsədyönlü və ardıcıl sanitar-epidemioloji tədbirlərin görülməsi istiqamətində bütün dünyanın səbirsizliklə gözlədiyi COVİD peyvəndinin ölkəyə gətirilməsi üçün ilk addımı atdı.
Hazırda bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər. Lakin vaksinlərə olan tələbat həcminin onların istehsal potensialından çox olmasını nəzərə alaraq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlılıq imkanı yaratmaq məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVAX platforması yaradılıb.
Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq? - VİDEOSentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri məhz Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək.
Qeyd edim ki, indiyə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,7 milyon manatdan çox vəsait köçürülüb.
Təhməz Əsədov
Milli.Az

/news.milli.az

Xəbərlər     Baxılıb: 1443   Tarix: 24 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

reseptler geyim dəbləri adlarin menasi gavalı salatı qulliverin səyahəti toylar makaronlar kosmetika vətənə aid bayatı meseller video dostluq cekc pornuxa