Əməkdar artist: "Cinsi azlıq roluna..." - FOTO

Xanim.az ölkə.az-a istinadla Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədovla müsahibəni təqdim edir.

- Özünüzü oxucuya necə təqdim edərdiniz?

- Dünyanın İlhamı.

- Müsahibədən əvvəl bildirdiniz ki, sizi Azərbaycanda o qədər də çox tanımırlar. Azərbaycanda tanınmayan İlham Əsədov necə dünyanın İlhamı olur?

- Onda belə deyək - Gənc Tamaşaçılar Teatrının aktyoru kimi.

- Dünyanın Zeynəbini bildik, bəs İlhamı?

- Ruslar demişkən, bu mənim "psixdonim"imdir, nədir...

- Psevdonim?

- Hə, bax ondan. Bu, mənim təxəllüsümdür, xoşuma gəlir.

- Şöhrətpərəstsiniz?

- Dəhşət şöhrətpərəstəm. Yeməyim olmasın, pulum olmasın, təki şöhrətim olsun.

- Deyilənə görə, şöhrətpərəstlik natamamlıq kompleksindən irəli gəlir.

- Bu, uşaqlıqdan belədir. Amma elə deyil. Normal adamam, sadəcə, şöhrəti çox sevirəm.

- Bəzən sizi gənc aktyor kimi təqdim edirlər. Bilirlər ki, sizin 46-47 yaşınız var?

- Həmkarlarım bilirlər. Amma gənc aktyor kimi təqdim olunmağım yaxşıdır.

- Bəlkə, elə buna görə Azərbaycanda fəxri ad almamısınız? Yoxsa düşünürsünüz ki, hələ tezdir?

- Mən əsgərliyə də gec getmişəm, universitetə də gec daxil olmuşam.

- Amma deməyin ki, dünyaya da gec gəlmişəm.

- Dünyaya vaxtında - 1970-ci ildə gəlmişəm. Sadəcə, əsgərlikdən xeyli müddət keçəndən sonra ali məktəbə daxil olmuşam. Sovet ordusunda xidmət etmişəm. Universitetdən əvvəl texniki peşə məktəbini - dərziliyi bitirmişəm.

- Bacarırsınız?

- Bəli, geyimlərimi özüm tikirəm. İndi həvəsim yoxdur. Əsgərlikdən sonra ailə vəziyyətimə görə 1993-cü ildə imtahan verib, qəbul olmuşam.

- Kimlərlə oxumusunuz?

- Tələbə yoldaşlarımdan təkcə Mətanət Eres seriallara çəkilir.

- Tez-tez sosial şəbəkədə həmkarlarınızdan müsahibə alırsınız...

- Qurdumu öldürürəm. Həmişə arzulamışam ki, aparıcı kimi efirlərdə olum. İndi efirə çıxmağın çox çətin olduğunu bilirəm. O müsahibələrin xeyri oldu. Məsələn, Kübra Dadaşovayla bağlı çəkdiyim video son günlər bir sıra saytlarda yayımlandı. Həmin ərəfədə ondan heç kim müsahibə götürməmişdi. Saytlarda da mənə istinad edilirdi.

- Ola bilərmi ki, şöhrətə bu qədər meyl etməyiniz ailə qurmamağınıza səbəb olub?

- Ailə qursaydım da, bu, içimdədir. Özümü tanıyandan məşhurluğu sevirəm. Hətta birinci sinifdə oxuyanda gördüm ki, orada məndən başqa bir İlham da var. Ona görə həmin sinfə getmədim.

- Həmkarlarınız deyirlər ki, İlham Əsədovdan narazı bir insan tapa bilməzsiniz. Bunu necə bacarmısınız?

- Gülə-gülə.

- Gülə-gülə altdan işlər çevirənlər də az deyil.

- (gülür) Əsas odur ki, hamısı gülə-gelə gedir.

- Gənc Tamaşaçılar Teatrında hər il konsert verirsiniz. Bu il də olacaqmı?

- Bəli, artıq doqquzuncu konsertimdir. Martın səkkizində möhtəşəm bir konsertimiz olacaq.

- O konsertin maddi anlamda sizə qazandırdığı nəsə var, yoxsa bu da şöhrət üçündür?

- Şöhrət.

- Konsertinizə gələn 350 nəfərin təxminən 300-ü eyni insanlar olur. Doqquz il eyni tamaşaçıya konserti təkrarlamağa ehtiyac varmı?

- Düzdür, tamaşaçı eyni olsa da, repertuar hər il dəyişilir. Səkkiz martda konsertlərin qiyməti baha olur. Amma biz belə bir imkan yaradırıq ki, insanlar ailələri ilə pulsuz konsertə gəlib, istirahət etsinlər.

- Konserti kim hazırlayır?

- Həmişə özüm hazırlamışam, bu il konsertin quruluşunu Gülnar Hacıyeva verəcək.

- O da şöhrətə işləyəcək?

- Məncə, o, dostluğa işləyəcək.

- Kalmıkiya Respublikasının əməkdar artistisiniz...

- (sözümü kəsir) Məqalənin başlığında istərdim yazasınız ki, əməkdar artist müsahibə verdi.

- Bunu da mütləq yazacam. Amma siz Kalmıkiyanın əməkdar artistisiniz, Azərbaycanın yox.

- Səndən nə gedir ki? Əməkdar əməkdardır da. Yəni, yaz ora.

- Kalmıkiyanın nə qədər əhalisi var? (Kalmıkiyanın əhalisi 327 min nəfərdir - red.)

- Bu saat başım sənətimə, konsertimə qarışıb. Bu il də oraya gedəcəyəm. Artıq beşinci ildir ki, Kalmıkiyada konsert verirəm və maraqlanmamışam. Ümumiyyətlə, tarixlə maraqlanmamışam. Ancaq bundan sonra maraqlanacağam.

- Səfəriniz nə vaxtdır?

- Martın 27-də Beynəlxalq Teatr Günüdür. Həmin gün mənim orada solo-konsertim olacaq.

- Bu konsert də şöhrət üçündür?

- Hamısı şöhrətədir. Pulu sevmirəm.

- Subaylıq doğrudan sultanlıqdır?

- Ətrafımdakı dostlarımın hamısı evlidir. Görürəm ki, çətinlik çəkirlər. Mənə deyirlər, sən nə xoşbəxtsən. Onlar da xoşbəxtdirlər, mən də.

- Ancaq nəzərə alaq ki, sultan öz paltarlarını özü tikmir.

- Mən bacarıram, amma tikmirəm. Şalvarım cırılıbsa, tikməliyəm də.

- Bəs təmizlik işləri?

- Bəli, təmizlik işlərimi özü görürəm, geyimlərimi ütüləyirəm.

- Bəlkə, bu bacarıqlarınız sizin üçün ailə qurmağı formallaşdırır?

- Hələ sənətdə özümü tapım, sonra evlənəcəm. Evlənmək gec deyil. Şöhrətimin gecikməsi mənimçün dərd olar. Gəlib çataram 55 yaşıma, tanınmaram, o dərd olar.

- Əlli beş yaşa nə qalıb ki?

- Hələ var da. Bir günün özü də böyük şeydir. Bəlkə, bu müsahibədən sonra mən məşhurlaşacağam.

- Belə bir deyim var ki, sənətdə ya birinci ol, ya da heç olma. Azərbaycanda yüzlərlə aktyor var. Siz onların neçəncisisiniz?

- Neçənci olmağım yox, tanınmağım önəmlidir. Məsələn, ailədə ikinci övladam...

- Nə əcəb valideynlərlə onun davasını etməmisiniz ki, mən niyə ikinci olmuşam?

- Yox, etməmişəm. Əsas odur ki, xalq məni tanısın.

- Deyəsən, bir-iki seriala da çəkilmisiniz.

- "Üç bacı"da bir seriya, "Kölgə"də bir seriya, "Həyat, sən nə qəribəsən"də bir seriya çəkilmişəm. Əvvəldən axıra qədər çəkildiyim serial "28 iyun" olub.

- Seriallardan sonra sizi tanıyırlar?

- "Kölgə" serialından sonra tanıyırlar. Bu yaxınlarda Rusiyadan xanım qonağım gəlmişdi. Bir məkanda oturmuşduq, ofisiant gəldi ki, sizin hesabınız çatıb. Gördüm, oradan uşaqlar əl edirlər ki, sənətkar, hesabınızı ödəmişik. İnanırsınız, həmin an necə xoşbəxt idim. Axşam idi, restoranda oturmuşduq. Qadına da demişdim ki, mən çox məşhur adamam. Onsuz da səhər çıxıb gedəcək, haradan bilir tanınıram, ya yox. Təsadüfən bu hadisə oldu və dediyimlə üst-üstə düşdü.

- Hesab nə qədər idi?

- İyirmi manat olardı. Deyirlər ki, yalan ayaq tutar, yeriməz. Mənim yalanlarım ayaq tutur, yeriyir və bəzən də qaçır. Yalandan özümə bir dünya qurmuşam.

- Sənət adamlarının arasında sevgi münasibətləri olmamış deyil...

- Münasibətim normaldır, mənim də əvvəl işlədiyim teatrda həmkarımla sevgi münasibətim olub. Daha doğrusu, deyərdim ki, ötəri bir şey idi.

- Son günlər Gənc Tamaşaçılar Teatrında gənclərlə yaşlıların arasında narazılıq var idi. Hər halda, bunu yazılan statuslardan hiss etmək olurdu. Əslində, nə baş verirdi?

- (Gülür) Əslində, hər şey normaldır. Tam səmimi deyirəm bunu. Sadəcə, kiminsə 65, kiminsə 70 yaşı var.

- Sizcə, yaşı 65-i keçmiş aktyor işləməməlidir?

- Gücü çatırsa, işləyə bilər.

- Sizcə, Yasin Qarayevin işləməyə gücü çatır?

- Bəli.

- Tariyel Qasımovun...

- Çatır. Ən yaşlı aktyorumuz Tariyel Qasımovun 78, aktrisamız Sona Babayevanın 76 yaşı var və hər ikisi işləmək gücündədir. Məsələn, mən təqaüd yaşıma çatanda teatrdan uzaqlaşacağam. Tamaşaçının qarşısına yaşlanmış çıxmaq istəmirəm. Dincələcəyəm, istirahət edəcəyəm, dünyanı gəzəcəyəm. Xarici mətbuatdan oxuyuram ki, orada aktyorlar belə edirlər. Mən də gücüm çatan qədər bunu edəcəyəm. Ən azından rayonlarımızı gəzib dincələcəyəm.

- Baş rol oynadığınız tamaşa var?

- Elə bir tamaşa yoxdur.

- Baş rolun ağırlığını daşıya bilərsiniz?

- Bilərəm. O məsuliyyəti dərk etməyi bacarıram.

- Bu fikri daha çox aktrisalar işlədirlər - açıq-saçıq rola çəkilmərəm. Sənət və şöhrət üçün maksimum edə biləcəyiniz nə olar?

- Bacardığımı edərəm.

- Məsələn, cinsi azlıq nümayəndəsini oynayarsınız?

- Qətiyyən oynamaram. Şükür Allaha, elə bir rol təklif olunmayıb. Elə rollara pis baxıram. Elə şöhrəti istəmirəm.

- Seriallara qonorarsız çəkilərsiniz?

- İstəyirsiniz ki, aktyorlar mənimlə düşmən olsunlar? Şöhrətə görə çəkilərəm.

- Davamlı?

- Ömrümün sonuna qədər pulsuz çəkilərəm, yetər ki, məni tanısınlar. Çünki məni gözləyənlər var. Orta məktəbdə müəllimlərim gözləyirlər ki, səni nə vaxt tanıyacaqlar.

- Onlar otuz ildir gözləyirlər?

- Bəli. Evdəkilərim - qardaşımın uşaqları, nəvəsi - gözləyirlər. Onun naminə tanınmaq istəyirəm.

- Sizi şanssız saymaq olar?

- Bu suala mütəmadi ekranda olanda cavab verə bilərəm. Əgər efirdə olsam və insanlar məni tanımasalar, şanssız olduğumu deyə bilərəm. Efirdə çox olmamağım qismətdir. Məsələn, "Kölgə" serialına təsadüfən çağırılmışdım və birinci seriyada "öldürdülər". Sonradan rejissor Nasir Kərimli peşman oldu ki, sənin belə aktyor olduğunu bilmirdim.

- "Kölgə"yə də pulsuz çəkildiniz?

- Qonorar verdilər.

- Məşhur aktyorlar deyirlər ki, tanınmayan aktyorlar aşağı məbləğdə qonorara seriala, filmə çəkilirlər. Məsələn, əlli manata. Sizcə, aktyor bir çəkiliş günü üçün nə qədər qonorar almalıdır ki, ortaya həm də sənət qoya bilsin?

- O qınaq edən aktyorların özləri də o qiymətə çəkilirlər. Ən yuxarısı yüz manata çəkilirlər.

- Sizə görə, aktyor sənətinin zirvəsində kimlər var? Kumir də adlandırmaq olar...

- (düşünür) Təsəvvür edirsiniz, kumir aktyorum yoxdur.

- Hansı aktyorun yerində olmaq istəyərdiniz?

- Kumirim yoxdursa, elə biri də yoxdur.

- Elə bir aktyor varmı ki, efirdə tamaşasını görəndə dayanıb baxasınız?

- Mən daha çox rus aktyorlara baxıram. Bizdə elə bir aktyor yoxdur ki, ona görə işimi saxlayım, dayanıb baxım.

- Məsələn, bir çox gənc aktyorlar Rasim Balayev, Fəxrəddin Manafov kimi adlar çəkirlər.

- Zeynəb Xanlarovanı ekranda görürəmsə, bütün işimi ata bilərəm, amma Rasim Balayevə görə yox.

- Nə əcəb müğənni olmadınız? Çünki müğənniliyə daha həvəsli görünürsünüz.

- Doğrudur, müğənniliyə həvəsim daha çoxdur. O vaxt müğənni olmağa utandım. Düşündüm ki, birdən artıq hərəkət edərəm, oynayaram, yaxşı qəbul olunmaz. Filipp Kirkorov kimi şou-proqramlı müğənni olmaq istəyirdim. İndi də gec deyil, müğənniliyimi edirəm.

- Toylara gedirsiniz?

- Getmirəm, getməmişəm və getmərəm. Səhnə müğənnisi olmağı sevirəm. Yalnız həmkarlarımın məclisində oxumağı xoşlayıram. Sənətə baxışım başqadır. Mən nə tanınmış müğənniyəm, nə də aktyor. Ancaq aktyorluğu da, müğənniliyi də ancaq səhnədə edirəm.

Görürsünüz, gedib dünyanın o başında konsert verirəm. Mənimçün zirvə də səhnədir.
Əməkdar artist: "Cinsi azlıq roluna..." - FOTOƏməkdar artist: "Cinsi azlıq roluna..." - FOTOƏməkdar artist: "Cinsi azlıq roluna..." - FOTO

Xəbərlər     Baxılıb: 1736   Tarix: 22 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA

Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. -ın məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorların

.

Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı

Vərdişlər diabeti birdən-birə formalaşdırmır, əksinə, qlükoza mübadiləsində pozuntular zamanla yığılaraq xüsusilə 2-ci tip diabetin yaranmasına gətirib çıxarır. xəbər verir ki, bu barədə Rusiya Dövlət Maarif Universitetini

.

Banan qabığının faydaları: evdə istifadə etməyin 10 üsulu

Banan qabığı sadəcə meyvə qalığı deyil. O, kulinariya, dəriyə qulluq və hətta məişətdə gizli "silaha" çevrilə bilər. Gəlin bu gözlənilməz "mətbəx qəhrəmanı"na necə ikinci həyat verməyin mümkün olduğun

.

ÜST-dən növbəti xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səhiyyə sahəsində son illərdə əldə edilən nailiyyətlərin geriləmə təhlükəsi ilə üzləşdiyini açıqlayıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın dərc etdiyi "Düny

.

Dilimlənmiş qarpız almazdan əvvəl iki dəfə düşünün

İsti yay günlərində sərinləmək istəyənlərin ilk seçimi olan qarpız marketlərdə dilimlənmiş və qablaşdırılmış forması ilə böyük istifadə rahatlığı yaradır. Lakin bu hazır dilimlərin arxasında istehlakçının büdcəsinə, sağlamlığın

.

Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı

İstanbul Universiteti İstanbul Tibb Fakültəsi və Muş Dövlət Xəstəxanası tibb dünyasında inqilabi bir uğura imza atıb. Türkiyənin yerli imkanları ilə hazırlanan "Avicenna Roboflex" (İbn-i Sina) robotu və "Turkcell"

.

Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var

Qocalma prosesi hər zaman eyni sürətlə və düz xətt üzrə getmir. "Stanford Universiteti"nin rəhbərliyi ilə aparılan mühüm bir elmi araşdırma insan bədənində qocalma ilə bağlı molekulyar dəyişikliklərin xüsusilə 4

.

Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ

Bioloq Anna Kravtsova yataq otağında bəzi güllərin saxlanılmasının sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xüsusilə güclü qoxuya malik zanbaq və bəzi orkid

.

Omeqa-3 həqiqətən faydalıdır?

Çinli alimlər omeqa-3 əlavələrinin beyin üçün faydası ilə bağlı şübhələr yaradan araşdırma aparıblar. xəbər verir ki, tədqiqata görə, omeqa-3 qəbul edən yaşlı insanlarda yaddaş, diqqət və digər idrak funksiyalarının dah

turlar.az

aksessuarlar geyim şəkilləri makiyaj instagram yay kolleksiyasi 2026 hamilə qala bilmək findiq yaginin faydalari usaqlarda angina kosmetika arxadan olmag uşaq şeirləri ariqla geyim aybawi