Əməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLAR

Əməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLARƏməkdar artist Rəhman Rəhmanov birinci həyat yoldaşından rəsmən ayrılsa da, ailədəki isti münasibəti qoruyub saxlaya bilib. Başqa sözlə desək, R.Rəhmanov iki qadını eyni bir damın altında illərlə bir arada qoruyub saxlaya bilib.

ATV-də yayımlanan "Bizimləsən" verilişində qonaq olan sənətçi ailə sirrini bölüşüb:

"42 ildir ailəliyəm, onun 22 ili ikinci həyat yoldaşımla, 20 ili isə birinci həyat yoldaşımla keçib. Amma ilk həyat yoldaşımla mehribançılığı qoruyub saxlaya bilmişəm. Övladlarım da bu məsələdə mənə kömək olub: o ananı bu anadan ayırmayıb. Bizim ailədə ögey, doğma söhbəti yoxdur, hamı doğmadır".

R.Rəhmanovun birinci həyat yoldaşı Ulduz xanım isə sənətçinin dediklərini təsdiqləyib. O bildirib ki, keçmiş həyat yoldaşının evlənməsini normal qarşılayıb:

"17 yaşımız olanda ailə həyatı qurduq. İnsan yaşa dolduqca, həyata, dünyaya baxışı başqa olur. Ola bilsin ki, mənə qarşı duyduğu hiss uşaq məhəbbəti olub. Mən onu başa düşdüm və sakit heç bir narazılıq olmadan ayrıldıq. İkinci xanımı qəbul etmək çətin olmadı. Onun dörd balası var və bu balalarımızın gələcəyi üçün mən bu mehribançılığı yaratmalı idim. Biz bir-birimizi başa düşməliydik, söhbət kişi paylaşmaqdan getmir. Biz yaşayacağımızı yaşamışdıq. Çoxları qəribə baxır ki, bu necə ola bilər axı? Amma burada möcüzəli heç nə yoxdur. Bir-birimizə güzəştlər getmişik Gülüş xanımla. Həmişə fikirləşmişəm ki, Gülüş xanımın yerində mən olsaydım necə olardı görəsən?".

Əməkdar artistin ikinci həyat yoldaşı Gülüş xanım da mehriban münasibətdə olduqlarını deyib. O, bildirib ki, xəstəxanada yatanda Ulduz xanım onun yanında olub.

Gülüş xanım bildirib ki, Rəhman Rəhamov üçüncü dəfə ailə həyatı qurmaq istəsə normal qarşılayar. "Təki ona yaxşı olsun", deyə əməkdar artistin ikinci həyat yoldaşı bildirib.

Əməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLARƏməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLARƏməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLARƏməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLAR

Xəbərlər     Baxılıb: 4162   Tarix: 12 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

qadın geyimi toy makiyajlari maskalar kampotlarin hazirlanmasi yoğun bağırsaq xəstəlikləri ayaq dirnaqlarina qulluq salatlar və qəlyanaltılar kosmetika namiq qaraçuxurlu novruz bayramina aid hakistalar yemekler veten seirleri zencefil