Əməkdar artist təcili xəstəxanaya yerləşdirilib - FOTOLAR

Əməkdar artist Anar Heybətovun Milli.Az-a müsahibəsi.

- Anar, bilirəm ki, iş rejiminiz çox ağırdır. Serial, film, teatr... Dublyaja da gedirsiniz?

- Xeyr, dublyaja mənim heç bir vaxt həvəsim olmayıb. Bir neçə dəfə getmişəm, yenə də məndə həvəs yaranmayıb. Dublyajın gərək peşəkarı olasan. Bu elə bir sənət növüdür ki, burada aktyorun siması yox, hiss və həyəcanı, səsi önəmlidir.

- Çəkildiyiniz "Sən olmasaydın" serialının bildiyim qədərilə artıq çəkilişləri bitir. Hər serial bitəndə hansı hissləri yaşayırsınız?

- Yəqin ki, bu müsahibə yayımlananda artıq çəkilişlərimiz bitəcək, amma serial mövsüm bitənə qədər efirdə gedəcək. Təbii ki, insan həmişəki kollektivi görməyəndə darıxır. Belə hallar teatrda da baş verir. Amma teatrda tamaşalarda həmkarlarınla tez-tez rastlaşırsan. Yəqin ki, biz həmin kollektivlə ara-sıra əlaqə saxlayacağıq.

- Serialda baş rolları müğənni Sevda Yəhyayeva ilə paylaşırsınız. Adətən ekran işində müğənni çəkiləndə digər aktyorlar arxa plana düşür. Sizdə necə oldu?

- Xeyr, əksinə biz hamımız çalışırdıq ki, Sevdaya kömək edək. Sevda özü də çox məsuliyyətli qızdır. Çəkilişə vaxtı-vaxtında gəlirdi, "ulduzluq" etmirdi. Sevda ilə çəkilişdə daha yaxın dost olduq. O ki, qaldı rejissorun kollektivə münasibətinə... Rejissor hamımıza eyni münasibəti göstərir. Seçmir ki, bu müğənnidir, bu aktyordur, bu aparıcıdır.

- Anar bəy, məndə olan məlumata görə bu günlərdə çəkiliş vaxtı səhhətiniz qəfildən pisləşib. Daha əvvəllər səhhətinizdə nəsə problem olub?

- Bilmirəm bu məlumat sizdə haradandır? Bəli, olub, amma mən bu cür hadisələri danışmağı sevmirəm. Bir də görürsünüz ki, çəkiliş ağır olur, rejim pozulur və bu cür problemlər olur. Çəkiliş vaxtı qəfildən özümü pis hiss etdim, serialın kollektivi təcili yardım çağıraraq məni xəstəxanaya yerləşdirdilər. Həkimlər mədəmi yudular, çünki zəhərlənmişdim. Müalicəmi təzəlikcə bitirmişəm.

- Elə kollektiv olubmu ki, sırf çəkilişə görə bir araya gəlmisiniz?

- Elə olur ki, bir-birimizi aktyor kimi tanısaq da, insan kimi yalnız seriala çəkiləndən sonra tanıyırıq, kəşf edirik. Məsələn, "Pərvanələrin rəqsi" serialından sonra mən çox sənət dostlarımla, həyatda da dostlaşdım. Bəzən ünsiyyət saxlamaq istəmədiyin insanlar da olur. Mən dostluq etməyi bacarıram.

- Sənət aləmində dostluq var ki?

- Dostlarım da var, yoldaşlarım da, tanışlarım da. Demək olar ki, əksəriyyəti ilə dostluq edirəm, münasibəti elə qururam ki, bir birimizə hörmətsiz davranmayaq. Sırf ailəmin içinə buraxdığım dostlardan söhbət gedirsə, hə, azdır.

- Elə bir dostunuz olubmu ki, tanınmağınızdan istifadə etsin?

- Vallah, bilmirəm, bəlkə də olub, amma mən görməmişəm. Siz deyirsiniz, mən indi fikirləşirəm. Elə bir şey olsa da günahı özümdə görərəm.

- Digər həmkarlarınızdan fərqli olaraq özünüz haqqında çətinliklə danışırsınız.

- Həmişə özümə kənardan baxmağa çalışmışam. Fikirləşmişəm ki, bu cür danışsam, nə olar? Tamaşaçılar nə fikirləşərlər? Mənəm-mənəmlikdən qorxuram. Çalışıram ki, danışmaqla yox, iş görməklə nəsə göstərim. Mənəm-mənəmlik insana xeyir yox, ziyan gətirir.

- Hər hansısa rejissordan rola görə xahişiniz olub?

- Xeyr, heç vaxt bu cür hərəkət etməmişəm. Bu ayıb bir iş deyil, sadəcə məndə olmayıb. Sənətdə bəxti gətirən aktyorlardanam. Bizim teatrda elə istedadlı aktyorlarımız var ki, filmlərdə çəkilməyiblər deyə tanınmırlar.

- Onlara necə kömək etmisiniz?

- Kömək deyəndə ki, onları rejissorlara təklif etmişəm. Təbii ki, şəxsən tanıdığım, hörmət etdiyim insandırsa. Tanımadığım insana görə gedib xahiş edə bilmərəm. Bilmirəm ki, o sabah üzümü qara edəcək, yoxsa ağ.

- Bəs sizə kimlər köməklik göstəriblər?

- Mənim televiziyaya gəlişim rəhmətlik rejissor Maarif Məmmədovun adı ilə bağlıdır. Uzun illər AzTV-də onunla birgə çalışmışam. O vaxtı "7 oğul, 7 qız" verilişinin teleaparıcılığını edirdim. Həmin verilişi Maarif müəllim hazırlayırdı. Bundan əvvəl isə mən şou proqramlar, konsertlər aparırdım. Müəyyən kütlə var idi ki, artıq məni tanıyırdı. Universiteti bitirəndən sonra isə müəllimim Azərpaşa Nemətov məni teatra apardı. Bundan sonra mənim teatr həyatım başladı.

- Bir çox həmkarınızı sizin teatrda baş rolları oynamağınız qıcıqlandırır. Üzünüzə deyən olubmu ki, nə qədər olar?

- Deyirlərsə, sağ olsunlar, amma heç biri üzümə deməyib. Mənə elə gəlir ki, teatrımızda bütün aktyorlar baş rollarda oynayır, təkcə mən deyiləm. Bu cür söz-söhbətlər hər dövrdə olub. Baş rollar da olmasa əsas rollarda oynamışam. Tələbəlik illərində diplom işində "Sevil" tamaşasını hazırlayırdıq. Mənə Əbdüləli bəyi, tələbə yoldaşıma isə Balaş rolunu tapşırdılar. Sonradan dedilər ki, Balaşı sən oyna. Mən də baş rol olmasına baxmayaraq, Balaşı oynamaqdan imtina etdim. Fərqi yoxdur ki, böyük roldur, yaxud balaca. Mən rolun özünü fikirləşirəm. Ola bilər ki, mən oynadığım rolu başqa aktyor özü kimi təqdim etsin. Amma əsas olan odur ki, mən necə oynayıram.

- Uğursuz rollarınız olub?

- Bəli, olub, amma ad çəkmək istəmirəm. Birində rejissor günahkar olsa da, digərində isə pyes səhv yazılmışdı. Mən bu rollarımla yadda qala bilməmişəm.

- Hazırda təklif varmı?

- Hələ ki, film yaxud serial təklifi yoxdur. Olsa da yeni sezona saxlayacağam. Çünki çox yorulmuşam, dincəlmək istəyirəm. Gündəlik serialda çəkilişlər çox olur. Ümumiyyətlə həyat təzadlardan ibarətdir. Bir tərəfdən sevinəndə digər tərəfdən kədərlənirsən. Bu aylar ərzində həm sevincli, həm də kədərli günlər yaşadım. Atam dünyasını dəyişdi, çox keçmədi ki, əməkdar artist adına, daha sonra isə prezident mükafatına layiq görüldüm. Bu münasibətlə fürsətdən istifadə edib bütün həmkarlarımı təbrik edirəm. Cənab prezidentə işə dərin təşəkkürümü bildirirəm. Uğurlarıma görə isə müəllimim, xalq artisti Azərpaşa Nemətova borcluyam. Mən çox istərdim ki, dövlət əhəmiyyətli tarixi bir filmdə çəkilim. Kommersiya filmlərində çəkilsəm də bu cür filmdə çəkilmək mənə qismət olmayıb. İnşallah ki, bu arzum da həyata keçər.

- Qızınıza vaxt ayıra bilirsiniz?

- Demək olar ki, mən onunla nəfəs alıram. Qız övladımı mən 100 oğlana dəyişmərəm. Evdə olanda elə onunla istirahət edirəm. Bəzən də küsüb inciyir ki, mənə vaxt ayırmırsan. Amma işim olmayan kimi günümü onunla keçirirəm.

- Seriala, filmə çəkiləndə rejissora hər hansı şərt qoyursunuz? Məsələn kollektiv yeməkdən imtina etmək və s. bu kimi tələblər.

- Xeyr, təkcə qonorarı danışıb razılaşıram. İnanmıram Azərbaycanda hansısa sənətçi bu kimi tələblər irəli sürsün.

- Niyə inanmırsınız ki? Həmkarınız Mehriban Zəki efirdə özü də bildirdi ki, mənə ayrıca yemək gəlir.

- Bəlkə pəhriz saxlayır. Mənim bu cür kaprizlərim olmur. Ola bilər ki, xəstə olum, şorba istəyim. Ən böyük tələbim bu ola bilər. Əgər Mehriban xanım bundan zövq alırsa niyə də etməsin? Etsin də.
Əməkdar artist təcili xəstəxanaya yerləşdirilib - FOTOLARƏməkdar artist təcili xəstəxanaya yerləşdirilib - FOTOLARƏməkdar artist təcili xəstəxanaya yerləşdirilib - FOTOLARƏməkdar artist təcili xəstəxanaya yerləşdirilib - FOTOLAR

Xəbərlər     Baxılıb: 2416   Tarix: 27 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

yaz geyimleri 2026 geyim və ayaqqabılar qadin sayti xolesistit 2026 payiz qis debi hüquqşünas yemək kosmetika novruz hakisdalari qiz evi haxista bir arzum var opusme ağır itki