Ət yeyərək arıqlamaq mümkündürmü?

Ət yeyərək arıqlamaq mümkündürmü?Pəhrizlərin müxtəlifliyi onların qida tərkibindən və istifadə müddətindən asılı olaraq dəyişir. Bir zamanlar dietoloqlar daha çox az qidalanma ilə pəhriz təyin edirdilərsə hazırda bu üsul tamamilə dəyişib. İndi daha çox tərkibində zülal olan maddələrlə qidalanmaq tövsiyə edilir. Eyni zamanda gün ərzində hər bir orqanizmin 3 litrdən artıq təmiz-strilizə edilmiş su qəbul etməsi vacib sayılır.
Dietoloqların ən yaxşı qidalanma sistemi üzərində baş sındırdığı bir zamanda isveçli həkim Pyer Dukandan yeni bir pəhriz təklifi gəlib. Qısa zamanda haqqında müsbət və mənfi fikirlər səslənəb pəhriz çox insannın artıq çəkidən xilas olmasına yardım edib. Tərkibi tam zülallardan ibarət olan pəhriz digər pəhrizlərdən fərqli olaraq mərhələli şəkildə həyata keçirilir. Bunun ilk mərhələləsi "Hücum" adlandırılır. Bu mərhələnin əsas prinsipi: nə qədər istəyirsən ye, lakin siyahıdan kənara çıxma!. Xüsusi siyahıda isə 78 adda məhsul yeməyə icazə verilir. Əsas odur ki, 3 dəfədən artıq gündə qida qəbul etmək olmaz. Yalnız 1 həftə davam edən ilkin mərhələdə həmçinin 1,5 litr su içmək mütləqdir. Digər vacib bir hal isə gün ərzində 1,5 xörək qaşığı yulaf kəpəyinin yeyilməsidir. Bu mərhələdə artıq ən azı gündə 20 dəqiqə idmanla məşğul olmaq pəhrizin əsas şərtləri sırasındadır. İlk mərhələdə orqanizmdən asılı olaraq, bir həftədə 3-5 kilo çəki itirmək mümkündür.
Pəhrizin ikinci mərhələsi "Kruiz" adlandırılır. Bu mərhələdə istənilən çəki əldə olunur. Burada sizin zülal və tərəvəz yeməyiniz növbələnir. Belə ki: suda və ya buğda bişirilmiş  toyuq, balıq və tərəvəz məhsullarını istənilən qədər yemək mümkündür. Karbohidratların qida siyahısından tamamilə çıxarılması isə sizin daha tez çəki salmanıza yardım edə bilər. Bunun üçün şirniyyat, un məhsulları, yağ və tərkibində şəkərin miqdarı çox olan meyvələrdən qaçmaq vacibdir. İkinci mərhələ istədiyiniz çəkini əldə etdiyiniz müddətə kimi həyata keçirilir.
Pəhrizin üçüncü mərhələsi "Möhkəmlənmə" adlandırılır. Bu mərhələdə siz hər 10 günə 1 kilo arıqlayırsınız. Bu mərhələ sizi pəhrizdən çıxmağa hazırlaşdırır.
Pəhrizin dördüncü mərhələsi "Stabilləşmə" adlandırılır. Burada pəhrizdən əsas çıxış baş verir, lakin unutmayın ki, itirilən çəki çox asanlıqla geri qayıda bilər.
Pəhriz zamanı yeyilməsi şərt olan məhsullar isə əsasən, mal əti və ya dovşan əti, yağsız toyuq və hinduşka əti, qaraciyər, istənilən balıq və dəniz məhsulları, yumurta, az yağlı süd məhsulları, ədviyyat, otlar, soğan, sarımsaq, limon suyu, ənginar, kələm, kərəviz, xiyar, pomidor, bibər, göbələk, razyana, boranıdır.
Bu cür pəhriz, sizin artıq çəkinizin yüksək olsa da, müsbət nəticə verir. Zülalın bol olması sizə həmişə özünüzü doymuş hiss eləməyə kömək edir. Dietoloqlar isə hesab edir ki, "Dukan" pəhrizinin xeyirli tərəfləri ilə yanaşı, zərərləri də var.
Dietoloq Leyla Zülfüqarlı deyib ki, Dükan pəhrizinə münasibəti birmənalı deyil: "Orqanizmlər müxtəlifdir. Bir insanın orqanizmini tanımadan ona onlayın müdaxilə etmək nə dərəcədə düzdür. Mütləq həmin insanın orqanizmini, fiziologiyasını tanımaq lazımdır".
Pəhrizin ikinci ən böyük təhlükəli hissəsi isə məsləhət gördüyü qidaların tərkibində zülalın həddindən artıq olmasıdır. Böyrək xəstələrinə bu pəhrizin saxlanması məsləhət görülmür. Zülal karbohidratdan fərqli olaraq, enerjini depolamır bu zaman bədəndə olan əvvəldən yığılıb qalan piylər parçalanmağa başlayır: "Pəhrizin ən zərərli tərəflərindən biri də zülalın daha çox qəbul olunmasıdır. Zülal orqanizmə həddindən çox daxil olduqda o zaman böyrəklərimizi ciddi təzyiq altında qoymuş oluruq. İnsan orqanizminə yalnız bir mənşəli qidalar daxil olursa, o zaman bu zülallar böyrəklərin fəaliyyətinə mənfi təsir edə bilir. Hətta böyrək çatışmazlığı kimi ciddi fəsadlar yarada bilir. Buna  görə də fikrim bu pəhrizə qarşı müsbət deyil".
Bu zaman bir sual meydana çıxır. Pyer Dükan bunları nəzərə almayıb? Bəhrizi diqqətlə nəzərdən keçirdikdə bunların nəzərə alındığı görünür. Müəllif xüsusilə vurğulayıb ki, gün ərzində içilən 2 litrdən çox su bədəndə olan artıq zülalı yuyub-aparır. Beləliklə, zülalın orqanizmə mənfi təsirinin qarşısı alınmış olur.   
İstənilən halda hər bir insanın qidalanmasına diqqət etməsi şərtdir. Pəhrizə ehtiyacı olan və ya olmayan hər kəsin sağlamlığına ziyan vuran qidaları menyusundan çıxarması tövsiyyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1715   Tarix: 24 mart 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim şəkilləri toy makiyajlari sac duzumleri elm bilik haqqinda atalar sözləri xəmir reseptləri yuxa tortu körpə və ona qulluq kosmetika geyim ariqla sac modelleri gözellik badambura