Faydalı kimi təqdim edilən 4 zərərli MƏHSUL

Faydalı kimi təqdim edilən 4 zərərli MƏHSULUltra emal olunmuş qidalar haqqında düşünəndə ağlımıza ilk olaraq çips, qazlı içkilər, şirniyyatlar və ya sosislər gəlir. Lakin əslində bu siyahı daha genişdir və bəzən "sağlam" hesab etdiyimiz məhsullar belə bu kateqoriyaya daxil olur.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, braziliyalı alimlər tərəfindən hazırlanmış NOVA təsnifatı qidaları onların emal dərəcəsinə görə qruplaşdırır. Bu təsnifatda dördüncü kateqoriya tamamilə ultra emal olunmuş məhsulları əhatə edir.
Burada tərkibində emulqatorlar, dad gücləndiriciləri, konservantlar, şirinləşdiricilər, rəngləndiricilər və aromatizatorlar olan məhsullar əsas götürülür. Əslində sağlam görünən, lakin sizi təəccübləndirə biləcək 4 belə məhsulu təqdim edirik:
Meyvəli yoğurt
Zərərsiz görünə bilər - axı bu, süd məhsuludur! Ancaq tərkibinə diqqət yetirsək, şəkər, süni dadvericilər, rəngləndiricilər və stabilizatorlarla zəngin olduğunu görərik. Bu əlavələr yoğurtu artıq təbii məhsul kateqoriyasından çıxarır.
Supermarket çörəkləri
Hətta "tam taxıllı" adı ilə satılan çörəklər belə adətən emulqatorlar, konservantlar və şəkər ehtiva edir. Evdə hazırlanan sadə çörək - yəni un, su, duz və maya ilə hazırlanan versiya ilə müqayisədə, mağaza çörəyi klassik ultra emal olunmuş məhsuldur.
Tez hazırlanabilən sıyıqlar
Yulaf sıyığı sağlam hesab olunsa da, içindəki şərbət, vanil dadvericisi, şəkər, süni şirinləşdiricilər və lopalanmaq əleyhinə əlavələr onu "bir dəqiqəlik qida"dan çox, kimyəvi qarışığa çevirir.
Zənginləşdirilmiş protein batoncıqları
"Fitnes qidası" kimi tanıdılan bu batoncıqlar əslində çətin tələffüz olunan inqrediyentlər siyahısı ilə doludur. Şirinləşdiricilər, sintetik liflər, dadvericilər - bunların hamısı məhsulun teksturası, dadı və saxlama müddəti üçün əlavə olunur.
Qablaşdırmaların üzərindəki "fitnes", "tam taxıllı", "təbii" kimi ifadələr həmişə məhsulun sağlam olduğunu göstərmir. Ona görə də alış-veriş edərkən yalnız görüntüyə deyil, tərkibə də diqqət yetirmək vacibdir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1051   Tarix: 18 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

sade makiyaj sekilleri maskalar yay kolleksiyasi vetene aid bayatilar bitki dərmanları həsrət şəkilləri dogusun baslanmasi kosmetika oglan evi insan rus dilini öyrənək 2 ci dərs bayatılarımızda vətən həsrəti atalar sözləri