Fədayənin məhkəməsi yeddinci dəfə təxirə düşdü

Fədayənin məhkəməsi yeddinci dəfə təxirə düşdüBakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.
Open.az APA-ya istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesə məhkumlar qeyri-müəyyən səbəbdən gətirilməyib.
Bu səbəbdən proses avqustun 29-na təxirə salınıb.
Xatırladaq ki, artıq 7-ci dəfədir bu iş üzrə məhkəmə prosesi qeyri-müəyyən səbəblərdən təxirə salınır.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub.
Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib. /open.az

Şou Biznes     Baxılıb: 2808   Tarix: 28 avqust 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

.

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla

.

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

.

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

.

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

turlar.az

reseptler makiyaj etmek qaydalari həkim məsləhəti hikmətli hekayələr geyim şəkilləri qrip haqqında zoğalın faydaları kosmetika maraqlı sac modelleri oğlan evine aid hakisda qizliq perdesi əfsanələr