Goranboyda kişi arvadının döşəyi altına diktofon qoydu, səsi dinləyib... – Şok olay

Goranboyda kişi arvadının döşəyi altına diktofon qoydu, səsi dinləyib... – Şok olayGoranboy rayonunda arvadını namus üstündə öldürməyə cəhddə təqsirli bilinən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 1969-cu il təvəllüdlü Məftun Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 7 noyabr 2016-cı il tarixdə, saat 01.00-da Goranboyun Veyisli kəndində baş verib.

Xəyanət şübhəsi

Məftun Məmmədov Veyisli kəndində nikahlarını rəsmi qeyd etdirmədən 2013-cü ildən ər-arvad kimi yaşadığı Afət Telmanovanın ona xəyanət etməsindən şübhələnib.

O, evə gələn şəxslərin səsini yazmaq məqsədi ilə yatdıqları döşəyin iç tərəfinə gizli şəkildə "Nokia" telefonu qoyub və diktofonu aktiv edib.

Hadisə baş verən günü Məftun səs yazılarına qulaq asdıqdan sonra Afət Telmanovanın ona xəyanətinə əmin olub və onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Məftun evin giriş hissəsindəki yardımçı tikilidən götürdüyü dəmir boru parçası ilə çarpayıda yatmış Afet Telmanovanın ayağından vurub.

Oyatdıqdan sonra qadından xəyanət etdiyi kişinin adını soruşub, ad çəkməsə onu öldürəcəyini deyib.

Gecə yarısı yataqda dava

Afət Telmanova ərinə xəyanət etmədiyini bildirib, onun iradlarına rədd cavabı verib.

Bundan əsəbiləşən Məftun qadının saçından tutub sürüyərək çarpayıdan yerə salıb, dəmir boru parçası ilə onun başına, qoluna, ayaqlarına, kürək nahiyəsinə ardıcıl zərbələr vurub.

Daha sonra Afəti yerə yıxılaraq hərəkət etmədiyini görüb və onun öldüyünü düşünüb.

Arvadını vurdu, DİN-ə zəng etdi

Daha sonra Məftun Daxili İşlər Nazirliyinin növbətçi hissələrinin idarə edilməsi sisteminin "102 xidməti - Zəng mərkəzi"nə tabe olan polis xidmətinə zəng edib. O, arvadı Afət Telmanovanı öldürdüyünü və Goranboy rayon polis şöbəsinə bu barədə məlumat verməklə olduğu yeri bildirib.

Polis əməkdaşlarının gəlib onu aparmasını xahiş edib.

Məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşları huşsuz vəziyyətdə aşkar etdikləri Afət Telmanovanı təcili xəstəxanaya çatdırıblar.

Ona təxirəsalınmaz tibbi yardım edilib həyatını xilas etmək mümkün olub.

Cəza

İstintaq orqanı tərəfindən Məftun Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məftun Məmmədov 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məftun Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsüf edilməsini istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Məftun Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Məftun Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 2429   Tarix: 13 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

yemek reseptleri yaz geyimleri 2026 gelinlikler pizza reseptləri gozlerin bezenmesi quru yemekler goy qursagi nece yaranir kosmetika cekc pornuxa toy gecesi kahfe fali aysel itburnu