Göz ətrafı dəriyə necə qulluq göstərməliyik?

Göz ətrafı dəriyə necə qulluq göstərməliyik?Göz ətrafı nahiyə üzdə ən həssas zonadır və ətraf mühitin neqativ təsirlərindən qorumaq üçün gündəlik düzgün qulluq seçilməlidir. Bu nahiyənin dərisində piy vəziləri olmadığı və derma qatı nazik olduğu üçün mimiki hərəkətlərdən, quruluqdan və digər daxili və xarici faktorların təsirindən elastikliyini daha tez itirir.
Həkim-kosmetoloq Aynur Kazımova göz ətrafı qulluqla bağlı maraqlı məlumatları yeni yazısında qeyd edib.
Milli.Az lent.az-a istinadən həmin yazını təqdim edir:
Gündəlik ev şəraitində göz ətrafı dəriyə qulluq 3 əsas etapdan ibarət olmalıdır:
1. Göz ətrafı dərinin cox zərif təmizlənməsi
2. İntensiv nəmləndirmə.
3. Qidalandırma
Belə 3 mərhələli sxem bütün dəri tiplərinə aiddir.Lakin quru dərisi olanlar bu zonaya xüsusi diqqətli olmalıdırlar. Epidermis bu nahiyədə daha nazik quruluşa malikdir. Ona görə dəri nəmliyi daha tez itirir və kəskin temperatur fərqindən qabıqlanmağa başlayır. Bəzən erkən yaşlarda artıq yorğunluq və yaşlanma əlamətləri üzə çıxır.
Göz ətrafı dəriyə qulluğu cavan yaşlardan başlamaq lazımdır. Bu mimiki qırışların əmələ gəlməsinin qarşısını alacaq, qızartı, şişkinlik və qabıqlanmanı azaldacaqdır.
Estetik prosedurlardan başqa ev şəraitində göz ətrafı dərini masaj eləmək də yaxşı effekt verir. Gündə 5-8 dəqiqə massaj göz ətrafı dərini hamarlaşdırır və elastikliyini artırır. Çox quru dərisi olan və yaşlı xanımlarda göz ətrafı dəri üçün təkcə ev qulluğu kifayət etmir. Bu zaman inyeksion prosedur kursu lazımdır ki, venoz durğunluğu, epidermal quruluğu aradan qaldırsın.
Göz ətrafı dəri nazik olduğu üçün qışda çox ciddi qulluğa ehtiyac duyur. Göz ətrafı dəri qeyd etdiyimiz kimi üzdə ən həssas zonalardan biridir. Ona görə gündəlik düzgün qulluq dərini nəmləndirməli və ətraf mühitin neqativ təsirindən qorumalıdır.
Bu nahiyədə dəri çox nazik olduğu üçün  mimiki yüklənmədən, ətraf mühitin təsirindən, dəridə susuzlaşmanın təsirindən öz elastikliyini itirir. Gündəlik göz ətrafı qulluq 3 əsas etapdan ibarət olmalıdır və bunu səhər yuxudan oyanandan sonra və axşam yatmazdan əvvəl etmək lazımdır.
Əsas düzgün təmizləmə, intensiv nəmləndirmə və qidalandırmadır. Göz ətrafı dəriyə köpüklənən vasitələr istifadə olunmamalıdır, çünki bu vasitələr dərini qıcıqlandırır. Göz ətrafı dəridə hidrolipid qatı çox nazik olduğu üçün qurumağa meyllidir. Ona görə göz ətrafı krem həm qidalandırıcı, həm də nəmləndirici təsirli olmalıdır. Əgər siz hialuron turşusu tərkibli krem istifadə edirsinizsə, nəzərə almalısınız ki, bir molekul hialuron turşusu dərinin dərin qatlarından özünə yüzlərlə su molekulu birləşdirir. Səhər gözaltı nayihədə şişkinlik olmasını istəmirsinizsə, axşam yatmazdan 40-50 dəqiqə əvvəl kremi göz ətrafı dəriyə çəkin.
Müdafiə
Göz ətrafı dərini SPF krem və gün eynəkləri vasitəsilə günəş şüalarının təsirindən qorumaq lazımdır.
Göz ətrafı dəri üçün çoxlu sayda kosmetik vasitələr yoxdur. Bu əsasən gündüz kremi - nəmləndirici və qidalandırıcı ola bilər. Gecə kremi - bu kremlər gündüz kremlərindən onunla fərqlənir ki, tərkibində xüsusi drenaj komponentləri və qidalı maddələrin yüksək konsentrasiyası olur. 
Göz ətrafı maskalar yuyulan və yuyulmayan olur. Həftədə 2-3 dəfə istifadə oluna bilər.
Krem seçərkən yaş faktorunu da nəzərə almaq lazımdır. Çünki bu vasitələrin formulası fərqli olmalıdır.
Göz ətrafı dəri çox həssas və nazikdir, zəif baryer funksiyasına malikdir. Ona görə nəmlilik tez buxarlanır, quruluq və qırışlar erkən əmələ gəlir. Məhz buna görə bu nahiyə xüsusi qulluq tələb edir və nəticədə uzun müddət yaşlanma əlamətlərinin yaranmasının qarşısı alınır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1783   Tarix: 29 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yaz geyimleri 2026 donlar 2026 adlarin menasi mastopatiya agrilari saca xina qoymaq qaydasi türk şirniyyatları səfər duası kosmetika novruz hakısdası hamilelik vətən həsrəti turpun nağlı baliq burcu