Gözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLAR

Pələng qadın kimi tanınan 76 yaşlı milyarder Coselin Vildenşteyn şam yeməyi zamanı 49 yaşlı dizayner sevgilisi Lloydun Kleynə qəfil hücum çəkib.
Qadinsayti.az xəbər verir ki, Coselin sevgilisini döyməsinin səbəbi Kleynin yemək zamanı sosial şəbəkədə xəbərlərlə maraqlanması olub. Hirsi soyumayan Coselin sevgilisinin üzünü cırmaqlayıb, ərimiş şamın mumunu onun üstünə töküb, üstəlik desert bıçağı ilə iki dəfə sinəsinə vurub. Kleyn dərhal polisə müraciət edib. Məhkəmə cütlüyə bir-birinə 900 metrdən çox yaxınlaşmasına, həmçinin məktublaşamasına və zəngləşməsinə qadağa qoyub. Onların polis məntəqəsində və məhkəmə zalında çəkilən şəkillər bütün dünya mətbuatında yayılıb.
Lakin hekayə burada bitməyib. Keçmiş sevgililər yenidən əlbəyaxa olub. Ötən bazar günü Lloyd öz əşyalarını götürmək üçün Coselinlə uzun illər yaşadığı mənzilə gəlib. Pələng qadın bu zaman evdə olub və dizayneri görən kimi ona yumruqla yenidən hücum edib. Kleyn mənzili tərk edən kimi Coselin öz vəkillərinə zəng edib və bildirib ki, keçmiş sevgilisi özü ilə bir neçə qiymətli əşya aparıb. Kredit kartlarını və iPhone telefonu oğurlamaqda təqsirləndirilən Kleyn dərhal həbs olunub və yalnız vəkillərin müdaxiləsindən sonra böyük girov müqabilində buraxılıb.
Həbsdən çıxdıqdan sonra Kleyn jurnalistlərə açıqlama verib. Modelyer jurnalistlərə keçmiş sevgilisinin həyatının acı təfərrüatlarını danışıb. Dizayner bildirib ki, özü ilə götürdüyü telefon və kredit kartı onun firmasında qeydiyyatdan keçib və onlardan biznes məqsədləri üçün istifadə edir. Bütün hesabları isə son illərdə Coselinin deyil, Kleynin ödədiyi məlum olub.
Modelyerin yaxınlarının sözlərinə görə, Coselin 1999-ci ildə Alek Vildenşteynlə boşandıqdan sonra 2,5 milyard dollar təzminat alıb. O, ərindən aldığı pulların hamısını zinət əşyalarına, qarderobuna və plastik əməliyyatlarına xərcləyib. Elə bu səbəbdən də ömrünün sonuna yaxın müflis olub. Cütlüyə yaxın mənbə bildirib ki, Coselini neçə illərdir ki, Kleyn saxlayır: "Kleyn Coselindən 27 yaş kiçikdir. Buna görə də cəmiyyətdə elə fikir formalaşıb ki, Kleyn guya Coselinin pulları hesabına yaşayır. Əslində, Kleyn çox istedadlı insandır. Coselin isə bu illər ərzində pullarını göyə sovurmaqla məşğul olub və indi pulsuz qalıb. Lloyd onu sevirdi, lakin indi hər şey bitib. Bu yaxınlarda o, xərçəng xəstəliyindən müalicə olunub və bu hekayə onu çox yorub. Kleyn düz üç gecə dalbadal yatmayıb".
Dizaynerin hekayəsi boş böhtan və özünü qurtarmaq cəhdi kimi görünə bilərdi. Axı bir neçə il ərzində iki milyard yarımı necə xərcləmək olar?! Bununla belə, Kleynin dostları bildiriblər ki, Coselin həmişə bütün pullarını sağa-sola xərcləmək yolunu tapırdı.
Amerikalı jurnalistlər isə Coselinin ödənilməmiş hesablarını tapıb. O, vəkillərinə 124 min dollar, mənzili təmir edən şirkətə isə 98 min dollar borcludur. Xarici KİV-in yazdığına görə, Coselinin indi nağd pulu yoxdur, hətta onun mənzili də kreditləri üzündən çoxdan girov qoyulub.
Mənbələr qadının öz uşaqları, oğlu və qızı ilə də görüşmədiyini bildirib.
Qeyd edək ki, Coselin illər əvvəl ərinin çox sevdiyi pələnglərə bənzəməkdən ötrü plastik cərraha müraciət edib. Qadın müsahibələrinin birində etiraf edib ki, milyarder həyat yoldaşı ehtiraslı ovçu olub və pələngləri sevib. Odur ki, o, ərini təəccübləndirmək və sevgisini qazanmaq məqsədilə öz razılığı ilə çoxsaylı plastik əməliyyatlar keçirib. Lakin nəticədə bütün əməliyyatlar uğursuz alınıb. Ona bu əməliyyatlardan sadəcə, "Pələng qadın" ləqəbi qalıb.

Ümumiyyətlə, onun bədənində keçirdiyi əməliyyatların sayı-hesabı dəqiq bilinmir. İstədiyi görünüşə sahib ola bilməyən Pələng qadınının nikahını qorumaq təşəbbüsləri boşa çıxıb və milyonçu həyat yoldaşı Alek Vildenşteyn ondan ayrılıb. O, daha sonra L.Klyanla tanış olub. 76 yaşlı Coselinin yeni sevgilisi isə onun bu görünüşünü qəbul edirdi.Publika.az
Gözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLARGözəlliyini və sərvətini ərinin pələng ehtirasına qurban verən milyarder - FOTOLAR

Xəbərlər     Baxılıb: 3120   Tarix: 14 dekabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

kosmetik vasiteler aksessuarlar kosmetoloq saç hörükləri vetene aid bayatilar salat reseptləri balqabağın faydaları kosmetika burclerin uygunlugu webnem tovuzlu novruz hakısdası balıq xlor lekesi