Güneldən Rza Zərrab açıqlaması: "Gülək, ya ağlayaq?"
Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova media nümayəndələrinə müraciət edib.
Axşam.az-ın məlumatına görə, sənətçi hazırda ABŞ-da həbsdə olan keçmiş nişanlısı Rza Zərrabla adının birlikdə hallanmasını istəmədiyini söyləyib.
Günel bildirib ki, Rzanı Ebru Gündeşlə onun tanış etməsi xəbərləri onu əsəbiləşdirib:
"Son günlər mətbuatda çıxan xəbərlərdə keçmişdə olan münasibətimlə bağlı adımın davamlı olaraq yer almasından narahatam və üzülürəm. İllər əvvəl nöqtə qoyduğum bir münasibətdə bu gün zərərçəkən kimi təqdim edilirəm. Buna səbəb olan mövzular məni və ailəmi narahat edir.
Bir zamanlar bu mövzuda yenə haqlı idim. Amma zərərçəkən biri kimi bəzi mətbuat nümayəndələri adımı qaralamışdı. İndi isə əksini edirlər, mənim tərəfimi tutan xəbər hazırlayırlar. Gülək, ya ağlayaq? Məni sevən insanların beynində şübhə yaradacaq xəbərlər yazan şəxslərə müraciət edirəm. Nə oldu? Sular kəsildi? Kaş ki, məni indi anlamaq, dinləmək yerinə o illərdə axtarardız.
Dəyərli jurnalist dostlarım! Türkiyəyə gəldiyimdən bəri sizinlə böyüdüm. 20 illik sənət həyatımda bir-birindən gözəl layihələrə imza atdım. Hər zaman yanımda olan hər kəsə təşəkkürlər. Ancaq demək istəyirəm ki, sənət həyatıma əngəl olanlar, belə xəbər hazırlayanlar qanun qarşısında cavab verəcəklər".
Qeyd edək ki, Türkiyənin məşhur köşə yazarı Esin Övet müğənni Günel Zeynalova, Ebru Gündeş və Rza Zərrabla bağlı yazı hazırlamış, aktrisa berna Laçın isə məsələyə fikir bildirmişdi.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur müğənniyə ağır itki
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Aşıqlar' qrupunun yaradıcısı vəfat etdi - FOTO
Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir
Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO
Uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq
Riki Martin Kişinyovda konsert verəcək
Üzdəki piqment ləkələrinin bilinməyən SƏBƏBİ
Ən sağlam yumurta növü açıqlandı: Növü yoxsa bişirilmə tərzi daha önəmlidir?
Gündə 30 dəqiqə kifayətdir - 10 il daha gənc qalmağın formulu
ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi