Hamiləlikdə risk qrupları açıqlandı

Hamiləlikdə risk qrupları açıqlandıHamiləlikdə risk qrupları açıqlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova məlumat verib.
O bildirib ki, hamiləlikdə risk qruplarının təyini çox vacib amillərdən biridir:
"Bu risk qruplar həkim mama-ginekoloq tərəfindən təyin olunur və bütün dünyada qəbul olunan perinatal konsepsiya çərçivəsində aparılır. Risk qruplarının təyini hamilə qadınlarda fəsadlaşmaların öncədən proqnozlaşmasına və bu ağırlaşmaların minimuma endirilməsinə kömək edir. Nəticədə vaxtından əvvəl doğuşların sayını, anadangəlmə qüsurların faizini və ölüdoğulanların sayını azaldır. Bu risk qruplarının ən əsas problemlərdən biri kimi qadının yaşı aiddir. Bildiyiniz kimi, 18 yaşdan aşağı və 38 yaşdan yuxarı olan hamilə xanımlara ciddi nəzarət olmalıdır. Çünki onlarda tez-tez müəyyən ağırlaşmalar - hipertenziya (preeklampsiya, eklampsiya, gestasion diabet, dölün inkişaf ləngiməsi, psixoloji problemlər) qeyd oluna bilər.
Qadında neçənci hamiləliyin olması da vacib hesab olunur. Çoxsaylı doğuşlarda (5, 6 və daha çox) ağırlaşmalara daha tez rast gəlinir. Bu zaman dölün sağrı gəlişi, mamalıq qanaxmaları (ciftin vaxtından əvvəl qopması, hipotonik və atonik qanaxmalar), vaxtından əvvəl doğuşlar və s. patologiyalar ola bilər".
"Növbəti risk qrupuna çoxdöllü hamiləlik aiddir. Döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini artırır (40 faizədək), hamilə qadında isə daha çox təzyiq problemləri, ödemlər və böyrək infeksiyalarına rast gəlinir. Nəticədə bu da yenidoğulmuşların azçəkili və bətndaxili patologiyalar ilə doğulmasına səbəb ola bilir, - həkim əlavə edib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1788   Tarix: 14 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

aksessuarlar qadin sayti yay kolleksiyasi berguzar korel saçlara qulluq valideyn ovlad munasibetleri hakışta kosmetika big.az video vətən haqqında bayatı sirniyatlar sac duzumleri