Hamiləlikdə ürəkbulanmasını bununla aradan qaldırın

Hamiləlikdə ürəkbulanmasını bununla aradan qaldırınQadınların həyatında ən önəmli dövrlərdən biri də hamiləlikdir. Hamilə qadınların ən çox əziyyət çəkdikləri hal isə ürəkbulanmasıdır. Ürəkbulanma əsasən, hamiləliyin V-VI həftəsində başlayır və daha çox səhərlər olur. Bu hal hamiləlik dövründə üç ay güclü şəkildə davam edir.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ürəkbulanma halı hamilələrdə müxtəlif olur. Belə halda həkimlər qadınlara az iş görməyi, daha çox istirahət etməyi məsləhət görürlər. Bəs görəsən, ürəkbulanmanı azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün nə etmək lazımdır?
Beləliklə, hamiləlik zamanı ürəkbulanmanı azaltmaq üçün...
· Hamiləlik dövründə dəmir qablardan istifadə etməyin. Birdəfəlik çəngəldən, qaşıqdan istifadə etsəniz, daha yaxşı olar. Eyni zamanda hamiləliyinizin ilk aylarında tərkibində dəmir olan dərmanlar qəbul etməyin.
· Dişlərinizi tez-tez fırçalamayın. Onları iki gündən bir, sadəcə, bir dəfə fırçalayın. Özü də yeməkdən əvvəl, yəni ac olanda.
· Mədənizi boş saxlamayın. Gün ərzində 3 dəfə yemək yeməkdənsə, az-az 6-7 dəfə yemək məsləhətdir.
· Hamilə qadınlarda ürəkbulanma daha çox səhər olur. Gecə yatmazdan əvvəl yatağınızın yanına duzlu peçenyelər qoyun. Səhər yuxudan ayılanda yataqdan qalxmağa tələsməyin. Duzlu peçenyelərdən bir az yeyin. Bu, gün ərzində olan ürəkbulanmanın qarşısını alır.
· Qazlı su içməyin. Ancaq susuz da qalmayın. Tez-tez, az miqdarda su için.
· Sizi narahat edən iylərdən uzaq olun. Ətirdən bacardığınız qədər az istifadə edin.
· Daha çox sulu yeməklər yeyin. Qızartmalar ürəkbulanma əmələ gətirir.
· Portağal suyu, süd, kofe, şokolad və çay da ürəkbulanma əmələ gətirən amillərdəndir. Ümumiyyətlə, konservlərdən, satılan təbii meyvə şirələrindən istifadə etməyin. Daha yaxşısı, özünüz evdə təbii meyvə şirəsi hazırlayın.
· Hamiləlik dövründə qadınlar turş meyvələrə üstünlük verir. Ancaq unutmayın ki, turş meyvə təzyiqi artırır və nəticədə başgicəllənməsi olur. Yəni turşu bədəni zəiflədir.
· Ən yaxşısı tərkibində B vitamini olan qidalardan çox yeməkdir.
· Belinizi sıxan libaslar geyinməyin.
· Çalışın, balışınız 15 santimetrdən hündür olmasın. Və sağ böyrəyinizin üstündə yatın.
· Ən əsası isə hamiləlik dövründə stresdən uzaq olun və kökəlməməyə çalışın.
Statistika: Alimlər analara uşaqlarına yeməyi gümüş qaşıqla yedizdirməyi məsləhət görür. Belə ki, gümüş özündə mikrob saxlamır. Gümüşün tərkibində olan bəzi maddələr hətta körpənin sağlamlığına xeyirlidir. Gümüş körpələrin dişlərinin rahat çıxmasına kömək edir, dilinin açılmasını və yeriməsini tezləşdirir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1773   Tarix: 26 fevral 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

aksessuarlar qadin sayti yay kolleksiyasi berguzar korel saçlara qulluq valideyn ovlad munasibetleri hakışta kosmetika big.az video vətən haqqında bayatı sirniyatlar sac duzumleri