Hansı məhsul dağınıq sklerozu şiddətləndirir?
Almaniyanın Bonn və Erlangen-Nürnberq universitetlərinin alimləri belə qənaətə gəliblər ki, inək südü dağınıq sklerozun gedişatını ağırlaşdıra bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatlar inək südündə olan kazein zülalının sinir hüceyrələrinin xarici təbəqəsində pozğunluqlara səbəb ola biləcəyini müəyyən edib. Bu effekti yoxlamaq üçün siçanlara yüksək dozada kazein verilib ki, bu da heyvanlarda nevroloji pozğunluqlara səbəb olub.
Qeyd olunub ki, bu təsir yalnız dağınıq sklerozlu və kazeinə allergiyası olan xəstələrdə özünü göstərir. Sağlam insanlarda isə süd ancaq allergiyanın olması halında xəstəliyin inkişaf riskini artıra bilər.
Milli.Az /news.milli.az









Hakışta
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Zaur Rzayev harada dəfn olunacaq?
Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?