Həbsdə olan rusiyalı aktyor xəstəxanaya yerləşdirildi

Həbsdə olan rusiyalı aktyor xəstəxanaya yerləşdirildiÖlümlə nəticələnən qəzaya görə hazırda Belqorod koloniyasında cəza çəkən məşhur rusiyalı teatr və kino aktyoru Mixail Efremovun səhhətində problem yaranıb.
azxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor təcili xəstəxanaya yerləşdirilib.
Aktyorun bundan əvvəl səhhətində problemlər olduğu məlum olub və bu səbəbdən onun müdafiə qrupu şərti azadlığa buraxılması üçün ərizələr verib. Lakin məhkəmə bu tələbləri təmin etməyib.
Vəziyyəti pisləşən Mixail Oleqoviçə mədə xorası diaqnozu qoyulub.
Xatırladaq ki, Efremov beş ilə yaxındır ki, həbsdədir. Onun sərxoş halda avtomobil idarə edərkən törətdiyi və ikinci avtomobilin sürücüsünün ölümü ilə nəticələnən qəza 2020-ci ildə baş verib. Cəza müddətinin 2/3 hissəsini çəkdikdən sonra məhkumlara şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət etməyə icazə verilir. Mixailin ərizəsi üzrə növbəti məhkəmə prosesi martın 24-nə təyin edilib.
Aysel

Şou Biznes     Baxılıb: 2012   Tarix: 12 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

.

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

.

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

.

Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir

Türkiyədə rep musiqisinin tanınmış ifaçıları "Lvbel C5" (Süleyman Burak Bodur) və azərbaycanəsilli Asya Əlizadənin ifa etdiyi "Kahpe" mahnısı ilə bağlı cinayət işi üzrə ittiham aktı hazırlanıb. -a istinadə

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkili

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

turlar.az

geyim və ayaqqabılar yemek reseptleri qadın geyimi otaq dizaynları byanka qaynar qazan encir murebbesi kosmetika sağlıq rus dilini öyrənək kondom qoğalın nağlı şirin qoğal