Hər kəs yaxşı bilir musiqimizi korlayanlar kimlərdir' - Elçin
"Əslində hər kəs bilir musiqimizi korlayanlar kimlərdir, amma qazanc xatirinə bu yola gedirlər".
azxeber.com xəbər verir ki, bu sözləri "Kanal S"də İsa Şükürovun təqdimatında yayımlanan "Xəbərin var?" verilişində müğənni Elçin Cəfərov deyib.
Bir çox hit mahnıların müəllifi olan sənətçi bayağı adlandırılan müğənnilərə mahnı verməyən bəstəkarları qınayıb:
"O ifaçılar yaxşı musiqiçilərə və onların mahnılarına baxıb dərs almalıdırlar. Baxsınlar və götür-qoy eləsinlər. Mən bu gün ad çəkəyəcəyəm amma artıq mənə müraciət edən bəzi ifaçılar da var. Artıq o bayağılıqdan xilas olmaq istəyənlər var. Bu da çox sevindirici haldır. Onlara mahnı verməyən bəstəkarlar da düz eləmir. Müğənninin əgər səsi varsa, sənə müraciət edirsə, onun üçün mahnı yaz, onu düz yola yönləndir. Onu öyrət və daha da yaxşılaşdır. Onu önə çıxardaraq özünü də daha böyüdə bilərsən. Tək-tək çıxıb bayağılıqdan danışan müğənilər heç bir şey əldə edə bilməyəcəklər. Yaxşı musiqiyə xidamət edən insanlar hamısı birləşib bir yerə yumruq vurmalıdır. İllər öncə mən bu haqda çıxış edəndə ki, musiqimiz məhvə doğru gedir, birləşməliyik, baxdım ki, meydanda təkəm və millət mənim üstümə gəlməyə başladı. Dedilər paxıllıqdan belə danışır".
Aysel









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal