Hind quşu ətinin tərkibi və faydalı xüsusiyyətləri

Hind quşu ətinin tərkibi və faydalı xüsusiyyətləriHind quşunun (hinduşka) ətinin tərkibi onun cinsi, yetişdirilmə şəraiti və bəslənilməsindən asılı olaraq dəyişir. Biokimyəvi tərkibinə görə hinduşka əti zülallarla zəngindir (20-25 %). Xüsusən də bu növ quş ətinin tərkibində asan həzm olunan sadə zülallar, o cümlədən mioqlobin çoxdur. Toyuqdan fərqli olaraq, hinduşkanın qanad və bud nahiyəsində ətinin rəngi tünd olur. Döş ətinin rənginin açıq çalarlılığı tərkibindəki zülal və ekstraktiv maddələrin çox, yağların isə az olması ilə bağlıdır. Hinduşka ətindəki zülallar balanslı aminturşu spektrinə malikdir və demək olar ki, tərkibində bütün əvəzolunmaz aminturşularına rast gəlinir. Xüsusilə də triptofan, metionin, arginin və lizin kimi aminturşular bu qida vasitəsilə təmin edilə bilər. Ətin spesifik dada malik olması tərkibindəki azotlu ekstraktiv maddələrdən, o cümlədən karnitinin miqdarının çoxluğundan irəli gəlir. Bu prosesdə B3 vitamininin (niasin) də rolu böyükdür. Qeyd edək ki, triptofan insan orqanizmində serotonin (sevinc hormonu) və melatonin (yuxu hormonu) hormonlarının biosintezində sərf olunur ki, bu səbəbdən də hinduşka əti istehlak edən insanlarda rahatlıq hissi yaranır. Metionin isə qaraciyərin funksiyalarının yerinə yetirilməsində vacib komponent sayılır və onun toksiki maddələrin təsirindən qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Hinduşka ətinin tərkibində dopamin və noradrenalin hormonlarının sintezində istifadə olunan tirozinin də miqdarı çoxdur. Buna görə də hinduşka ətinin istehlakı insanların əhval-ruhiyyəsini yüksəldir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan məqalədə bildirilir.
Hinduşka ətinin tərkibində mühüm rol oynayan maddələrdən biri də yağlardır. Bu maddələrin miqdarı hinduşka ətində elə də çox deyildir (1,7-5,6 %). Bu ət növü vitaminlər (A, D, E, K, B1, B2, B3, B4, B5, B6, B9, B12, C), makro və mikroelementlərlə (Ca, Fe, Mg, P, K, Na, S,Cl, Zn, Si, Mn, Cu, Se), eləcə də digər bioloji aktiv maddələrlə olduqca zəngindir. Karbohidratların (qlikogen) miqdarı isə digər maddələrə nisbətən azdır (1%-ə qədər). Qeyd edək ki, yağ birləşmələrindən olan xolesterolun miqdarı da bu ət növündə azlıq (62-75 mq/100 qr) təşkil edir. Bundan başqa, ətin tərkibində olan yağlar doymuş ali yağ turşuları (palmitin, stearin, araxin və b.), monodoymamış ali yağ turşuları (palmitolein, olein və b.) və polidoymamış ali yağ turşularından (linol, linolen, araxidon və s.) ibarətdir. Onların arasında da orqanizm üçün faydalı olan Omeqa-3 və Omeqa-6 kimi tanınan polidoymamış turşular üstünlük təşkil edir. Yağlılığından asılı olaraq hinduşka ətinin enerji dəyəri 110-176 kkal/100q intervalında dəyişir. Yağsız hinduşka əti isə diyetik xüsusiyyətə malikdir. Qeyd etmək lazımdır ki, diyetik hinduşka ətinin tərkibindəki zülallar insan orqanizmi tərəfindən asan (95 %-ə qədər) mənimsənilir. Selen və sink mikroelementləri ilə zəngin olan hinduşka əti qalxanabənzər vəzin funksiyasına müsbət təsir göstərir və orqanizmdə maddələr mübadiləsini tənzimləyir ki, bununla da immun sistemin möhkəmlənməsinə xidmət edir. Tərkibi asan mənimsənilən dəmirlə zəngin olduğundan bu ət növü müxtəlif mənşəli anemiyalar zamanı faydalı qida hesab edilir. Sadə zülal komponentləri ilə yanaşı, tərkibindəki birləşdirici toxuma zərif əzələ liflərindən təşkil olunduğundan hinduşka əti orqanizm tərəfindən asan həzm edilir.
Beləliklə, sanitar-gigiyenik tələblər çərçivəsində tədarük edilən hinduşka əti aşağıdakı xüsusiyyətlərinə görə faydalı ət növü hesab olunur:
- sadə zülallar və əvəzolunmaz aminturşularla zəngin olduğundan az yağlı hinduşka əti diyetik qida sayılır;
- tərkibində Omeqa-3 və Omeqa-6 turşuları çox, xolesterol az olduğundan aterosklerozun qarşısını alır;
- selen və sinklə zəngin olduğundan immun sistemini möhkəmləndirir;
- tərkibində asan mənimsənilən dəmirin miqdarı çox olduğundan qanazlığı zamanı faydalıdır;
- allergik təsiri az olduğundan uşaqların, hamilə qadınların və xəstə insanların istehlakı üçün tövsiyə edilir.
İstehlak məqsədilə hinduşka seçimi edərkən fərdi və ya sənaye üsulu ilə yetişdirilmiş cavan quşlara üstünlük verilməlidir. Nəzərə almaq lazımdır ki, təzə kəsilərək tədarük edilən hinduşka əti ağ-sarımtıl rəngli, quru səthli, elastik konsistensiyalı və spesifik qoxulu olur. Hinduşka əti qida maddələri ilə zəngin olduğundan mikroorqanizmlərin, o cümlədən patogenlərin inkişafı üçün əlverişli mühit hesab edilir. Odur ki, baytarlıq-sanitariya tələblərinə uyğun olaraq hinduşka əti soyuducuda mal qonşuluğu prinsipi gözlənməklə, 0-4° C-də 72 saata qədər saxlana bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1810   Tarix: 06 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

toy makiyaji sekilleri qis geyimləri 2026 makiyaj etmek qaydalari xiyarın faydaları kekslər gözəllik xəbərləri imam sadiq kosmetika kahfe kali dovsan qurd xəstəliklərinə qarşı mualicə statuslar atalar sözü