Hindistanda sağalan COVID-19 pasiyentlərinin plazmaları ağır xəstələrin müalicəsində istifadə olunacaq
Hindistanda yeni növ koronavirusdan (COVID-19) sağalan 200-dən çox pasiyentin qan plazmaları ağır xəstələrin müalicəsində istifadə olunacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sağalan pasiyentlər qan plazmalarını könüllü olaraq təklif ediblər. Onların qan analizlərinin nəticələri müəyyənləşəndən sonra plazmaların ağır xəstələrin müalicəsində istifadəsinə başlanılacaq.
Hindistanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən sutka ərzində COVID-19 infeksiyasına 1463 yeni yoluxma və 60 ölüm faktı qeydə alınıb. Beləliklə, ölkədə virusa yoluxanların sayı 28 min 380 nəfərə, ölənlərin sayı isə 886-ya çatıb. İndiyədək 6361 nəfər sağalaraq xəstəxananı tərk edib.
"The Indian Express" qəzeti hökumətin ölkədə mayın 3-də başa çatması nəzərdə tutulan xüsusi karantin rejimini virusun ən çox yayıldığı bölgələrdə uzatmağı düşündüyünü yazıb.
Milli.Az /news.milli.az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin