"İki kişi ilə cinsi əlaqəyə məcbur edilirdim" - DUBAYDAN QAYIDAN QADIN

"İki kişi ilə cinsi əlaqəyə məcbur edilirdim" - DUBAYDAN QAYIDAN QADINİnsan alverində ittiham olunan Ucar rayon sakini, 1969-cu il təvəllüdlü Təranə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadinsayti.az xəbər verir ki, Təranə Abdullayeva Vəfa Məmmədovanın (ad və soyad şərti verilib) imkansızlığından istifadə edərək, onu cinsi istismar edilməsi üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb. Vəfa Məmmədova onun nəzarəti altında fahişəliklə məşğul olub və əldə etdiyi pulun bir hissəsini ona verib.
Təranə Allahverdiyeva Vəfa Məmmədovanı aldatmaqla 2011-ci il fevralın əvvəllərində müvəqqəti yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsindəki mənzilində Dubaya getməyə razı salıb. Vəfa həmin təklifi qəbul edib və fevralın 14-də Bakı beynəlxalq hava limanına gəlib.
Vəfa Məmmədova oradan da Dubaya gedib. Dubayda Təranə Ağayeva onu qarşılayıb və şəhərdə kirayə tutduğu evinə gətirib. Vəfa Məmmədova həmin gündən kişilərlə pul qarşılığında cinsi əlaqədə olub.
Bundan sonra Vəfa Məmmədova tanışı Samirə Əliyevanı (ad və soyad şərti verilib) Təranə Abdullayeva ilə tanış edib. Təranə Abdullayeva 2012-ci ilin mayında Vəfanın evində Samirə ilə görüşüb və ona da eyni təklifi edib. Samirə Əliyeva onun təklifi ilə razılaşıb və Dubaya gedib.
Sonra Azərbaycana gələn Təranə Abdullayeva Mətanət Əliyeva və Pərvanə Kərimovaya (ad və soyad şərti verilib) Dubay şəhərində fahişəlik edərək pul qazanmalarına şərait yaradacağını deyib. Həm Mətanət, həm də Pərvanə Təranə Abdullayeva ilə razılaşıb. O, hər iki qadını 2012-ci il martın 24-də Dubaya gətirib.
Amma Təranə Abdullayeva Dubaya çatan kimi qadınların pasportlarını əllərindən alıb və onların qazandıqları pulların hamısını özünə götürüb.
Bundan başqa, Təranə 2012-ci ilin iyununda Dubaydan telefon vasitəsilə Nəsimi rayonunda yaşayan Sahibə Əmirova (ad və soyad şərti verilib) ilə əlaqə saxlayıb. O, Sahibəni də Dubaya gəlməyə razı salıb. Onlar birlikdə iyunun 24-də Dubaya gediblər.
Həmin ilin avqustunda Bakıya gələn Təranə Abdullayeva Gəncədə yaşayan Gülnarə ilə danışıb və onu Dubaya getməyə razı salıb. Növbəti dəfə Azərbaycana gələn Təranə Abdullayeva Gəncədəki "Qaya" restoranında Ramella ilə görüşüb. O, Ramellanı da eyni təkliflə Dubaya aparıb.
Təranə Abdullayeva özü ilə Dubaya apardığı azərbaycanlı qadınları fahişəlik etməyə məcbur edib və onların seks xidməti qarşılığında qazandıqları pulların hamısını özünə götürüb.
Azərbaycana qayıdan zərərçəkmiş qadınlar Təranə Əliyevanın hərəkətlərilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.
Qadınların ilkin ifadələrində hər gün kişilərlə görüşməyə məcbur edildiklərini bildiriblər. "Elə gün olurdu ki, bir gündə iki kişi ilə cinsi əlaqədə olmağa məcbur edilirdim", deyə Pərvanə Kərimova ifadəsində bildirib.
İdarə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Təranə Abdullayeva həbs edilib.
Təranə Abdullayeva Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Abdullayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Təranə Abdullayeva apelyasiya şikayəti verib. O, bildirib ki, əri rəhmətə gedib və uşaqlarını təkbaşına böyüdüb. O, himayəsində 75 yaşlı anasının da olduğunu bildirib. Təranə Abdullayeva barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyib.
Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Təranə Abdullayevanın şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilib.
Bu qərardan da narazı qalan Təranə Abdullayeva kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Təranə Abdullayevanın kasasiya şikayəti araşdırılıb. Hakim heyəti onun şikayətini təmin etməyib. (teleqraf.com)

Xəbərlər     Baxılıb: 2749   Tarix: 29 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

reseptler qis geyimləri 2026 yaz geyimleri 2026 haxışta bürc uyğunluğu kecellesme paltar olmaq kosmetika qaynana kəlamlar terezi novruz rus dilin nece orenek