İlhamə Quliyevanın həbsdən çıxan oğlu bütün gizlinləri açdı: " Hamı biləcək ki, anam... "
İlhamə Quliyevanın həbsdən çıxan oğlu Orxan Nadirov xalası Gülbahar Quliyevanın onun barəsində söylədiklərinə münasibət bildirib.
Yenicag.az-a açıqlama verən O. Nadirovun qarşı tərəfin açıqlamasına reaksiyası belə olub:
"Həbs olunmağım barədə xəbərə çoxları şad oldu, amma sevinməsinlər. Bu qısa vaxt ərzində gözləmədiyim adamlardan dəstək gördüm, sağ olsunlar. Qaldı ki, xalamın dediklərinə, lazım olan vaxt mən də hər şeyi danışacam: kim anamın ürəyini partladıb, kimlər mənə qarşı necə davranıb, onu da hər kəs biləcək, az qalıb. Anamın itkisinin ağırlığını ürəyimdə daşıyıram, bu acı heç vaxt unudulmayacaq".
Qeyd edək ki, Gülbahar Quliyeva Yeniçag.az-a açıqlamasında O. Nadirovla bağlı belə deyib:
"Orxanın həbs olunub-olunmaması məni maraqlandırmır. Nə onun üzünü görürəm, nə də səsini eşidirəm. İki il bizi məhkəmələrdə süründürdü. İlhamə öləndə dedik ki, gəl yanımızda ol. Orxan isə əvəzində o məhkəmədən çıxıb, bu məhkəməyə üz tutdu. Bacımın ürəyini partladıb öldürdü. Mən onunla maraqlanmıram. Heç bilmirəm nə üstündə tutulub, hardadır, nə işlə məşğul olur. Bizim ünsiyyətimiz yoxdur. Xəstə adamam, qoyun yerimdə sakit oturum".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz