İllərdir faydalı olduğu bilinirdi - Dietoloq gerçəyi açıqladı
Dietoloq səhər süfrəsində tez bişən sıyıqların faydasız olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, səhərlər sürətli hazırlanan sıyıqlara üstünlük verənlərin çoxu onların sağlamlıq üçün xeyirli olduğunu düşünür. Lakin dietoloq Dmitri Kulikovun sözlərinə görə tez bişən sıyıqların orqanizmə hər hansı faydası yoxdur.
"Bu tip məhsullar taxılın çox incə şəkildə emal olunması və yüksək temperaturda işlənməsi nəticəsində hazırlanır. Sadəcə üç dəqiqə ərzində qaynar su əlavə etməklə hazırlanan sıyıqlarda vitamin və minerallar qalmır.
Kulikov qeyd edib ki, uzun müddət bişirilməli "Herkules" tipli yulaf sıyığı isə əksinə, B və E qrup vitaminləri, xolesterini aşağı salan qida lifləri, bağırsaq fəaliyyətini yaxşılaşdıran beta-qlükan, mədəni qoruyan xüsusi selikli konsistensiya yaradan karbohidratlarla zəngindir. Bu səbəbdən sağlam qidalanmaq istəyənlər məhz belə məhsulları seçməlidirlər.
Kulikov həmçinin mannı sıyığının böyüklər üçün faydasız olduğunu vurğulayıb. Onun tərkibində qlüten çox olsa da, vitaminlər, mikroelementlər və zülal miqdarı azdır. Bundan başqa, mannanın qəbulu orqanizmdə D vitamininin mənimsənilməsinə mane ola bilər.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO