İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri - FOTO

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri - FOTOAvqust giləmeyvələri insanları xərçəng və sonsuzluqdan qoruyur.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı diyetoloq və nutrisioloq Zoya Boqdanova giləmeyvələrin faydalı xüsusiyyətlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, bu mənada qaragilə, cır mərsin, qara qarağat, moruq və motmotu xüsusi diqqətə layiqdir.
Həkim qaragilə və cır mərsinin hormonal fonu yaxşılaşdırmağa kömək etdiyini, hətta xərçəngin qarşısını aldığını deyib. O, həmçinin bu giləmeyvələrin hətta diabet xəstələri üçün də faydalı olduğunu vurğulayıb.
"Onlar orqanizmin detoksikasiyasına, qan damarlarının, bağırsaqların təmizlənməsinə kömək edir, metabolik proseslərə böyük təsir göstərir, hətta qismən hormonal fonu yaxşılaşdırır və xərçəngin profilaktikası üçün istifadə edilə bilər", - deyə mütəxəssis izah edib.
Boqdanova vurğulayıb ki, çox miqdarda vitaminlərə malik moruq isə soyuqdəymə əleyhinə vasitə kimi istifadə edilə bilər; tərlədici və antibakterial xüsusiyyətlərinə görə başağrılarını, titrətməni aradan qaldırır.
"Şərqdə moruq sonsuzluğun dərmanı hesab olunur", - deyə Zoya Boqdanova əlavə edib.
Həmçinin, moruq orqanizmi daha aktiv işlədir, yağları yandırır. Dietoloq bununla belə, iştahartırıcı xüsusiyyətinə görə çəkisinə nəzarət edən insanların bu giləmeyvələrdən ehtiyatla istifadəsini tövsiyə edib.
Nutrisioloq qara qarağatın C vitamini, manqan, gümüş, kükürd və qurğuşunla zəngin olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, bu giləmeyvə boğazda, mədədə və bağırsaqda iltihabı aradan qaldırmağa kömək edir, həmçinin insanı gümrahlaşdırır, gücünu bərpa edir.
Motmotu isə sidikqovucu olduğu üçün şişkinliyi, ödemi aradan qaldırmaq üçün faydalıdır. Həmçinin, giləmeyvə mədə-bağırsaq narahatlığını aradan qaldıra bilər.
"Ancaq mədə xorasında bu giləmeyvə əks-göstərişdir", - deyə həkim xəbərdarlıq edib.
Onun sözlərinə görə, motmotu çoxlu pektin ehtiva edir ki, bu da ağır metalların və radioaktiv maddələrin orqanizmdə akkumulyasiyasının (toplanmasının) qarşısını alır.
"Digər faydalı xüsusiyyətləri ilə yanaşı, bu giləmeyvə də şişlərin inkişafına mane olur", - deyə Boqdanova sözlərini yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1354   Tarix: 13 avqust 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

gelinlikler geyim şəkilləri toy gecesi elm haqqinda atalar sozu kişi üzükləri cagatay ulusoy adların mənası kosmetika olumu birlik haqqinda seksual atalar sozu vətənə aid bayatı