İşdən çıxarılan polislə Pərvin ayrıldı

İşdən çıxarılan polislə Pərvin ayrıldıDaxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev və aktrisa sevgilisi Pərvin Abıyeva ayrılıb.
Open.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Abdullayev uzun müddətdir sevgili olduğu Pərvinlə müasibətinə nöqtə qoyub. Ehtimal olunur ki, polis leytenantı bu qərara müzakirələrə səbəb olan videosu yayıldıqdan və bunun nəticəsində vəzifəsində azad edildikdən sonra gəlib.
Dünəndən etibarən isə Murad Abdullayevin kimliyi barədə sosial şəbəkələrdə müzakirələr gedir.
"Qafqazinfo"ya daxil olan məlumata görə, 1993-cü il təvəllüdlü Muradın yüksək instansiya məhkəmələrindən birinin sədrinin qardaşı oğlu olduğu bildirilir.
Eyni zamanda, atası Bakıda tanınmış brilliant mağazalar şəbəkəsinin rəhbəridir.
Qeyd edək ki, M. Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, "Polis haqqında" Qanunun və "DİN əməkdaşlarının etik davranış kodeksi"nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

/open.az

Şou Biznes     Baxılıb: 2713   Tarix: 29 noyabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

.

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkili

turlar.az

sade makiyaj sekilleri aksessuarlar adlarin menasi gavalı salatı kişi xəyanəti reseptlər intim pozalar kosmetika qaynanaya aid veten haqqinda bayati baliq burcu kondom faydalı məsləhətlər