İtkin düşən alpinistimizin anası danışdı - VİDEO

İtkin düşən alpinistimizin anası danışdı - VİDEO"Dekabrın 23-də onu evdən yola saldım. Dedim salamat get, salamat qayıt ay Namin. O da dedi ki, Quba dağlarına gedirik, tez qayıdacağam, təxminən 1-2 günə".

Bu haqda Real TV-yə açıqlamasında itkin düşən alpinist Namin Bünyatovun anası Səadət Bünyatova deyib.

O bildirib ki, dekabrın 25-dən hər gün ona zəng vursa da Namin telefona cavab vermirdi.

"İtkin düşdüklərindən isə dekabrın 27-si xəbər tutmuşam. Aprelin 8-i Naminin ad günüdür. O günü necə yaşayacağam heç bilmirəm", - deyə Səadət Bünyatova qeyd etdi.

Oğlu itkin düşdükdən sonra qızının yanına sığınan ana günlərdir ki, oğlunun yolunu gözləyir.
Namin 3 ay bundan öncə dekabrın 23-də yola çıxdığı Babur Hüseynov və Fəridə Cəbrayılzadə ilə birlikdə şahdağ zirvəsində yoxa çıxıblar. Dekabrın 26-da geri qayıtmalı olan gənclərdən 3 aydır heç bir xəbər yoxdur.

"Gilavar" idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü – 35 yaşlı Namin Bünyatov, 28 yaşlı Babur Hüseynov və 27 yaşlı Fəridə Cəbrayılzadənin axtarışlarına Fövqəladə Hallar , Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopterlər cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, 3 gənc Xınalıq kəndindən Şahdağ Milli Parkının "Xınalıq" keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

Hazırda axtarışlara qoşulan alpinist, "Everest" idman klubunun baş direktoru Rusif Bağırov ərazidəki vəziyyəti Real TV-yə şərh edib.

"Gilavar" - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.Babur Hüseynovun polis leytenantı olduğu bildirilir. Namin Bünyatov isə bir neçə ay öncə iki nəfər həmkarı ilə bərabər "Elbrus" zirvəsini fəth edib. Fəridə Cəbrayılzadə fotoqrafdır. alpinistlərin itkin düşməsi ilə bağlı artıq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda axtarışların getdiyi ərazidə qar yağdığından və bu cür hava şəraiti işlərə maneə oldğundan, itkin düşən alpinistlərin axtarışları müvəqqəti dayandırılıb.

Xəbərlər     Baxılıb: 2122   Tarix: 24 mart 2018
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi kekslər gül buketləri kontrasepsiya və abort cinsəl sağlamlıq kosmetika novruz əfsanələr prostat sağlamlıq tərəzi