Kökəldən və tüklənməyə səbəb olan xəstəlik

Kökəldən və tüklənməyə səbəb olan xəstəlikSon bir neçə ildə tibb elminə məlum olmayan müxtəlif xəstəliklər meydana gəlib. Deyilənə görə, bütün bunların səbəbi atmosferin həddindən artıq çirklənməsi, fəst-fut qidaların çoxalması, mənşəyi məlum olmayan dərmanların harada və necə gəldi satılmasıdır. Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu xəstəliyin eradan əvvəl mövcud olmasına baxmayaraq, onun adı və səbəbləri 1962-ci ildə tapılıb və buna görə də hormonal pozğunluq müasir dövrün xəstəliyi sayılır. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox xəstəliklərin də əsasını qoyur. Məlumdur ki, hormonlar orqanizmin funksiyasına, çəkinin artmasına, vəzlərin normal inkişafına nəzarət edir. Hormon daxili ifrazat vəzilərinin funksiyasıdır. Onun balansının pozulması endokrin sistemin funksiyasını tamamilə məhv edir.
Dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur, hətta sonsuzluğa belə gətirib çıxarır.  Digər tərəfdən isə hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edib, insanı kor qoya bilər.
Əmələgəlmə səbəbləri:
· Həkim məsləhəti olmadan arıqlama dərmanlarının qəbulu
· Düzgün qidalanmamaq
· Fəst-fut qidalarından çoxlu istifadə
· Soyuqlama
· Oturaq həyat tərzi
· Stress
Hormonal pozğunluq zamanı insanda
· Güclü başağrısı olur
· Təzyiq artır
· Ayaqlar tez-tez ağrıyır, epilepsiya tutmaları olur
· Başgicəllənmələr başlayır
· Susuzluqdan əziyyətçəkmə
· Tez-tez boğaz ağrıları olur
· Zəifləyir
· Anemiya baş verir
· Bədəndə tüklər əmələ gəlir
· Əl və ayaq daim soyuq olur
· Hər şeydən iyrənir
· Tez-tez əsəbiləşir
· Aylıq tsikl pozulur
· Tez-tez depressiyaya düşür
· Süd vəziləri balacalaşır
· Qanaxmalar olur
· Qarın və bud nahiyələrində çəhrayı rəngli, uzun çapıqlar əmələ gəlir
· Kökəlmə baş verir
Özündə bu kimi hallar aşkarladıqda qadın dərhal həkimə müraciət etməlidir. Xəstəliyin müalicəsi gecikdikdə astma, allergiya kimi xəstəliklərin yaranmasına, döş və yumurtalıqlarda xərçəngin əmələ gəlməsinə səbəb olur. Xəstəlik daha da irəlilədikdə dəridə qaşınmalar başlayır. Bu da şəkər xəstəliyinə gətirib çıxarır.
Qadınların qorxulu yuxusu - piylənmə
Hormonal pozğunluğun əmələ gəlməsinə səbəb olan amillər arasında ən geniş yayılanı arıqlamaq üçün satılan dərmanları həkim məsləhəti olmadan qəbul etməkdir. "Artıq çəki"ni Yer üzündə yaşayanların ən böyük problemi adlandırsaq yəqin ki, yanılmarıq. Bir vaxtlar analar oğlanları üçün "ətli-qanlı" qız axtarırdısa, indi kök qıza baxan yoxdur. Əgər qadın kökələndə "nə gözəlləşib" deyirdilərsə, indi "nə günə düşüb" söyləyirlər. Müasir dövrdə dəbdən düşən köklükdən xilas olmaq üçün bir çox üsullar meydana gəlib: fitnes klublar, şəhəri ağuşuna alan idman zalları, arıqlama mərkəzləri və ən əsası da qeyri-qanuni satılan dərmanlar, otlar. Qadınlar da  idman etmək əvəzinə daha rahat yolu seçirlər: istədikləri qədər yemək, evdə oturmaq və dərman atıb arıqlamaq. Hələ vay o günə ki, bunun müsbət təsirini görələr. Dərhal dərmandan bir neçə qutu tədarükü də görüb, qəbul miqdarını bir balaca da artırırlar. Amma qadın bunun sonrakı fəsadlarından xəbərsizdir. Bu cür dərmanlar hormonal pozğunluq əmələ gətirir ki, bu da piylənmənin ilk mərhələsidir. İlk növbədə qeyd edək ki, arıqlama dərmanları ya iştahı dayandırır, ya da işlədici funksiya daşıyır. Mədə və bağırsağın funksiyasına müdaxilə etmək zərərlidir. İşlədici xarakter daşıyan həblər orqanizmin qəbul edilən qidadan vitamin, zülal, karbohidrat almasına mane olur. Qadınlar anlamalıdırlar ki, işlədici dərmanlar piyləri əritmir. Dərialtı piylər olduğu kimi qalır. Əgər möcüzəli dərmanla xanım 5-6 kilo atırsa, sonradan 15-16 kilo qazanır.
Tüklənmə
Orqanizmdə hormonal pozğunluğun əmələ gətirdiyi problemlərdən biri də tüklənmədir. Bu zaman qadın orqanizmində az miqdarda olan kişi hormonlarının - testosteronun miqdarı artır. Buna səbəb yumurtalıqlarda hormonların öz fəaliyyətini dəyişməsi olur. Qadında sümük böyüməsi, kobudlaşma halları başlayır. Dəri quruyur, hərarət səbəbsiz yerə 37-37,5 dərəcə artır, tez-tez tərləyir, əllər əsir, saç tökülür.
Əgər hormonal pozğunluq varsa:
· Qaynar çay və kofe qəbulunu azalt
· Çox duzlu yemə
· Üzüm, ərik qurusu, çipsi yemə
· Az şokolad ye
· Çox yağlı yeməklərdən uzaq olmağa çalış
· Spirtli içkidən uzaq ol
· Ədviyyat və istiotlu yeməklər sənə ziyandır
Hormonal pozğunluq bədəndə olan hormonların balansının dəyişməsidir. Hormonlar əsasən vəzlərdə olur. İfraz olunan qanın bədənin müxtəlif yerlərinə ötürülməsində böyük rol oynayır. Orqanizmdə 60-a yaxın hormon var. Bu balans pozulduqda piy toxumasından hormonlar ifraz olunmağa başlayır. Bu zaman hormonal xəstəliklər yaranır - infarkt risqi artır, yuxusuzluq halları başlayır, insanda spirtli içkiyə, siqaretə meyil artır. Hazırda isə ən çox piylənmə və tüklənmə halları aşkarlanır. İndi onlarla qadın bundan əziyyət çəkir. Hormonal pozğunluq anadangəlmə və ya sonradan qazanılmış olur.
Böyrəküstü vəzi xəstəliyi hormonal pozğunluq əmələ gətirən səbəblərdəndir. Buna səbəb orqanizmdə yod çatışmazlığıdır. Bu da piylənmə, tüklənmə, qadınlarda aylıq tsikl pozulmasına gətirib çıxarır.
Hormonal pozğunluq birbaşa beyinlə əlaqədar olub, sinir sisteminin fəaliyyətini də pozur. O, qaraciyərin funksiyasına mənfi təsir edib, xolesterinin miqdarını artıra bilər. Bu zaman ürək-işemik xəstəlikləri yaranır.
Hazırda qadınların əksəriyyətində aylıq tsikl pozğunluğu var. Çox az xanım vaxtlı-vaxtında aylıq tsikl keçirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1945   Tarix: 21 mart 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

hamilelikde qidalanma gelinlikler yay geyimləri 2026 onkoloji xəstəliklər hamiləlik hesablama kolbasa hazirlanmasi murebbelerin hazirlanmasi kosmetika novruz bayrami qaynana hakista bürclər insan qz eviyçun hakışta