Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdır?

Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdır?COVID - 19 xəstəliyini, adətən, yaşlı insanlar, həmçinin somatik xəstəlikləri olan şəxslər daha ağır keçirirlər. Şəkərli diabet xəstələri də koronavirusa yoluxa biləcək yüksək risk qrupu altındadır, ancaq virusun təsir etmə mexanizmi insandan insana dəyişə bilər.
Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, koronavirus yoluxmasının qarşısını almaq üçün belə xəstələrin ilk növbədə tövsiyə olunan qabaqlayıcı, gündəlik profilaktik tədbirlərə riayət etməsi vacibdir. İmmun sistemini gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə də, xəstəliyin mənfi təsirini minimuma çatdırmaq mümkündür.
Xatırladaq ki, şəkərli diabet xəstəliyi orqanizmdə maddələr mübadiləsinin pozulması ilə özünü göstərən xəstəlikdir. Diabetli insanın immun sistemi olduqca zəif olur. İmmun sistemini gücləndirməyin əsas yolları düzgün qidalanmaq, müntəzəm idmanla məşğul olmaq, yetərincə dincəlmək və normal yuxu rejimidir. Pəhriz bu xəstələrin müalicəsində vacib rol oynayır və şəkərin səviyyəsini normada saxlamağa kömək olur. Şəkərli diabet xəstəliyi olan insan qidalanmada bir sıra qaydalara riayət etməlidir:
Şəkər və şəkərli qidalardan uzaq durmaq məsləhətdir.
Meyvə sularının əvəzinə təbii meyvələrə üstünlük vermək lazımdır.
Buğda unundan deyil, çovdar unundan və ya tam taxıldan hazırlanmış çörək istehlak edilə bilər.
Düyü və düyüdən hazırlanmış yeməklərdən çəkinmək lazımdır.
Konservləşdirilmiş meyvə və turşuların tərkibində artıq miqdarda natrium olur ki, bu da böyrəkləri həddindən artıq yükləyir. Konservlər qida rasionundan tam çıxarılmalıdır.
Çox yağlı və qızardılmış ət əvəzinə buxarda və ya sobada bişmiş ət məhsullarına üstünlük vermək lazımdır. Toyuq, xoruz, ördək, hinduşka və s. kimi quş ətlərini dərisi ilə yemək olmaz.
Bir neçə dəfə emal prosesindən keçmiş qidadan uzaq durmaq məsləhətdir.
İmmun sistemini gücləndirmək üçün diabet xəstələrinə tövsiyə olunur:
Vitamin C ilə zəngin qidalar - sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor;
Vitamin E ilə zəngin qidalar - tam taxıllı məhsullar və yağ tərkibinə görə icazə verildiyi miqdarda qoz, fındıq;
Omega 3 yağ turşuları ilə zəngin qidalar - kətan və digər toxum yağlar, tuna, qızılbalıq, skumbriya kimi yağlı balıq növləri;
Sinklə zəngin qidalar - hinduşka əti, paxlalılar, gərzəkli meyvələr, tam taxıllılar;
Gərzəkli meyvələr - təbii yağa sahib olmaq xüsusiyyətindən əlavə, balanslı şəkildə istehlakı qandakı şəkər miqdarını tənzimləyir.
Qırmızı meyvələr - xüsusilə II tip diabet xəstələri üçün insulin sintezinə kömək edir və I tip diabet xəstələri üçün qan şəkərini balanslaşdırmaqda çox vacibdir.
Selen - tam taxıllı bitkilər, günəbaxan tumunda rast gəlinir.
Süd və süd məhsulları - xüsusilə II tip diabet xəstələri üçün olduqca faydalıdır. Mədə-bağırsaq sistemini də aktivləşdirir.
Çay - tərkibində yüksək miqdarda antioksidant olduğu üçün qan şəkərini tənzimləməyə kömək edir.
Flavonoidlər - qara və yaşıl çayda, sitrus meyvələrində çox miqdarda rast gəlinir.
Göbələk - orqanizmdəki infeksiyalara qarşı mübarizə üçün sitokin istehsalını artırır.
Bol miqdarda su içmək - mədə-bağırsaq sistemi üçün, eyni zamanda virus mənşəli qriplərə qarşı olduqca vacibdir.
Toyuq supu - sağlam protein tərkibinə görə çox əlverişlidir.
Soğan, sarımsaq, sarıkök, zəncəfil kimi məhsullar qan şəkərini tənzimləməyə, xolesterolu balanslaşdırmağa kömək edir.
Qəlyanaltı vərdişi - Diabet xəstələri ümumiyyətlə ac qalmamalı, hətta mümkün olduqca qəlyanaltı vərdişləri də qazanmalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1272   Tarix: 18 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

reseptler geyim necə seçməli geyim və ayaqqabılar balamı sevirəm xina haqqinda melumat maraqli hind filmleri meyveli tort kosmetika hamilelik anabaci novruz bayrami hakisda rus dilin nece orenek cekc pornuxa